Xolesterinə bu yolla qalib gəlin - SİYAHI
Bizi izləyin

Sağlamlıq

Xolesterinə bu yolla qalib gəlin - SİYAHI

Xolesterinə yox deyin!

Düzgün qidalanmamaq insanın bütün toxumalarında, xüsusilə əsəb toxumasında və qaraciyərin tərkibində olan xolesterinin səviyyəsini artırır. Qanda xolesterinin səviyyəsi artdıqda qan damarlarının divarlarında yağlı piləklər əmələ gəlir. Damarda keçiricilik azalır ki, nəticədə stenokardiya və infarkt inkişaf edə bilər, bəzi hallarda isə hətta ölümlə nəticələnən hallar ortaya çıxa bilər. Ən təhlükəlisi odur ki, qanda xolesterinin səviyyəsinin artmasının əlamətləri yoxdur.

Xolesterinə yox deyin! Publika.az-ın Rusiya mətbuatına istinadən təqdim etdiyi bu yazıdan sonra buna çox asanlıqla nail olacaqsınız.

Qoz

Çərəzlərin tərkibində faydalı yağlar, zülallar, vitaminlər və antioksidantlar vardır. Braziliya qozu, fındıq, badam, püstə, keşyu qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir. Hər gün heç olmasa bir ovuc qoz yeməyi unutmayın.

Yulaf kəpəyi

Məhz yulafın tərkibindəki bütöv dənələr xolesterinin qan dövranına daxil olmasının qarşısını alan və ən yaxşı həll edilə bilən sellülozanın ən yaxşı mənbəyidir. Ona görə də səhərlər yulaf sıyığı yemək əla seçimdir.

Araşdırmalar göstərir ki, gündə heç olmasa 100 qram kəpək yeməklə qanda xolesterinin səviyyəsini 12-24 faiz aşağı salmaq olar.

Portağal şirəsi

C vitaminin ən yaxşı mənbələrindən biridir. Hər gün bir stəkan portağal şirəsi içməklə özünüzü daha yaxşı hiss edəcəksiniz.

Keşniş toxumu

Araşdırmalar göstərir ki, keşniş toxumu xolesterinin və triqliseridlərin səviyyəsini azaltmağa kömək edir. Özünüzə faydalı içki hazırlaya bilərsiniz: Bir stəkan suya 2 çay qaşığı əzilmiş keşniş toxumu tökün. Bu içkiyə süd, şəkər və zövqə görə hil əlavə eləyə bilərsiniz. Gündə iki dəfə içmək tövsiyə edilir.

Balıq

Qızıl balıq, siyənək, skumbriya, tunes və digər balıq növləri omeqa 3 yağ turşuları ilə zəngindir. Mütəmadi olaraq balıq xörəklərinin istifadəsi ürək xəstəliklərinin qarşısını almağa kömək edir.

Paxla

Noxud, mərci, lobya, soya və digər paxlalı bitkilərin tərkibində həll edilə bilən liflər mövcuddur ki, bu da ürək üçün çox faydalıdır. Bundan əlavə, paxla zülalla zəngin olduğu üçün rasionda yağlı əti qismən əvəz edə bilər.

Sarımsaq

Tədqiqatçılar çoxdan müəyyənləşdirmişlər ki, çoxlu çiy sarımsaq yemək qanda zərərli piyləri azalda bilər. Lakin ondan istifadə zamanı müəyyən həddi aşmamaqda fayda var. Çünki sarımsağın ağızda xoşagəlməz qoxuya səbəb olduğunu da unutmaq olmaz. Yeri gəlmişkən, Yaponiyada tərkibində sarımsaq ekstraktı olan xüsusi qoxusuz maye istehsal edilir ki, bu da qanda olan xolesterinin səviyyəsinin azaldılmasına kömək edir.

Yaşıl çay

Çayın tərkibindəki tanin qanda xolesterinin səviyyəsinə nəzarət etməyə kömək edir. Bu baxımdan yaşıl çay daha faydalıdır, çünki onda taninin miqdarı daha çox olur. Heç olmasa gündə 2-3 fincan bu faydalı içkidən içməyi unutmayın.

Şokolad

Onun tərkibindəki antioksidantlar, flavonoidlər qanda xolesterinin səviyyəsini endirməyə kömək edir. Gün ərzində maksimum 30 qram şokolad istehlak edin, əlbəttə ki, tünd şokolada üstünlük verin. Şokoladda kakaonun miqdarı 70%-dən yüksək olsun.

İspanaq

Bu bitkinin tərkibindəki lyütein damarları sərtləşmədən qoruyur. Odur ki, tam buğda çörəyini, ispanaq yarpağını və parmezan pendirini rasiondan əksik etməyin.

Pomidor

Bu tərəvəzin tərkibində bol miqdarda likopin maddəsi vardır ki, bu da pomidora qırmızı rəng verir. Sübut edilib ki, bu maddə qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir.

Zəncəfil

Bu bitkinin bütün dünyada nahaq yerə sevilmir. Zəncəfil əla dad keyfiyyətləri ilə yanaşı həm də müxtəlif xəstəliklərə qarşı mübarizədə kömək edir. Zəncəfilli çayı içməklə və ya bu ədvanı sevdiyiniz xörəyə əlavə etməklə avtomatik olaraq qanda xolesterinin səviyyəsinə nəzarət etməyə başlayırsınız.

Kasnı kökü

Qurudulmuş kasnı kökünü qəhvə əvəzedicisi kimi qəbul etmək adətə çevrilib. Axı bu, əla C vitamini, beta-karotin və antioksidantların mənbəyidir. Bu faydalı maddə ürək-damar sisteminin xəstəliklərinin qarşısını almağa xidmət edir.

Sitrus meyvələri

Onlar mədədə asan həll edilə bilən liflə zəngindirlər, xolesterin qan damarlarına nüfuz etməmiş onu orqanizmdən xaric edirlər.

Badımcan

Bu tərəvəz kaliumla zəngin olduğu üçün ürək-damar xəstəliklərində əvəzsiz qidadır. Badımcan su-duz mübadiləsini normallaşdırır, turşu-qələvi balansını dəstəkləyir, həmçinin qanda xolesterinin səviyyəsini aşağı salır.

Düzgün seçilmiş pəhrizlə yanaşı fiziki hərəkətlər etməyi, çəkinizə nəzarət etməyi unutmayın, çox yağlı yeməkdən qaçın, siqaretdən imtina edin.

3-4 saatdan bir kiçik porsiyalarla qida qəbul etmək tövsiyə olunur. Yalnız bunlar hamısı kompleks şəkildə qanda xolesterinin səviyyəsinin azaldılmasında kömək edə bilər. Sağlam olun!

ALMAZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm