Milyon adam, 200 mini uşaq: əsrin bəlasına çevrilmiş xərçəng - VİDEO
Bizi izləyin

Sağlamlıq

Milyon adam, 200 mini uşaq: əsrin bəlasına çevrilmiş xərçəng - VİDEO

Milyon adam, 200 mini uşaq. Bu rəqəmlər Əsrin bəlası barədədir. Kosmosdan okeanının dibinə qədər hər şeyi bilən dünya xərçəng xəstəliyi qarşısında acizdir. Əsrin müqaviləsinin müəllifi Bakı bu həftə həm də əsrin bəlasını müzaikrə edənlərin mərkəzinə çevrilmişdi.

Xərçəng sizdən uzaqda deyil! 2015-ci ilin xərçənglə mübarizə sloqanı bu xəstəliyin qeyri-iradi olaraq insana yoluxma riskinin nə qədər yaxınlığından xəbər verir. Sən axtarmasan da, o səni tapır! Dünyada hər il təxminən 14 milyon şəxsdə xərçəng aşkarlanır. Mütəxəssislər bu rəqəmin növbəti 20 ildə 22 milyona çatacağı proqnozlaşdırılır. Onkoloji xəstələrin sayında artım dinamikası Azərbaycanda da bir tendensiyaya çevrilib.

Statistikaya görə, ölkədə qeydə alınmış onkoloji xəstələrin sayı 35 min nəfərdir. Onlardan təxminən 3 mini uşaqdır. Azərbaycanda xərçəngin ən çox süd vəzi, ağ ciyər, mədə, bronx və digər növləri müşahidə edilir. Xəstəliyin cavanlaşması, artım dinamikası hazırda onunla mübarizəni daha da aktuallaşdırır. Azərbaycanda onkoloji xəstəliklərlə mübarizə, istər onun təyin edilməsində, istərsə də müalicəsində yeni üsullardan istifadə olunur.

Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin sözlərinə görə, bu xəstəliyin artımının əsas səbəbi vaxtında ilkin diaqnozun qoyulmamasıdır və profilaktikik olaraq müalicəsin həyata keçirilməməsidir: "Hazırda bununla bağlı biz rayonlara gedirik, insanları müayinə edirik və sonra da onlara lazımi kömək göstəririk”.

Lakin xəstəliyin artım dinamikasına baxdıqda, görüləcək tədbirlərin daha da genişləndirlməsinə ehtiyac duyulduğundan xəbər verir. Hər halda bu sahənin mütəxəssisləri yeni üsullar, dərman vasitələri barədə düşünməlidirlər.

Maarifləndirmə, əhalinin despanzeriyası xərçəngi aşkarlamaqda kömək edir. Riski azaltmaq üçün qanunverici tədbirlər də görülməlidir. Xərçəngi yaradan səbəblər tütünlə, spirtli içkilərlə mübarizə, GMO-lara, fast-food yeməklərə məhdudiyyətlərin tətbiqi çıxış yolu kimi görünür.

Mütəxəssislərin fikrincə, xəstəliyin çarəsinin tapılmaması irsi, ekoloji faktorlarla, həmçinin etiologiyasının dəqiq bilinməməsilə əlaqəlidir. Əsas diqqət yetirməli sahə uşaq onkologiyasıdır.

Türkiyəli mütəxəssis Tezer Kutlukun sözlərinə görə, dünyada hər il 200 min uşaqda xərçəng aşkarlanır.

Azyaşlılarda xərçənglə mübarizə 80-85% effekt verir. Başqa sözlə onkologi xəstəlik aşkarlanan hər 10 uşaqdan 9-u yaşayır. Azərbaycanda uşaq onkologiyasına ayrıca diqqət yetirilir. Özü də təkcə, müalicə ilə deyil, həm də müxtəlif tədbirlərlə... Dövlət tərəfindən xərçənglə mübarizəyə milyonla vəsait ayrılır. Hesablamalara görə, dünyanın inkişaf etmiş ölkələri hər il xərçənglə mübarizə milyardlarla dollar pul itirirlər. Təxminən 8 milyon da insan xərçəngin qurbanı olur. Deməli, həm pulumuz, həm canımız gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm