Kalsium anbarı olan 7 dadlı qida
Bizi izləyin

Sağlamlıq

Kalsium anbarı olan 7 dadlı qida

Kalsium çatışmazlığı insan orqanizminə böyük zərər verə bilər. Bir çox insan bunun fərqində olduğu üçün gündəlik qida menyusuna kalsium anbarı olan süd və pendiri əlavə edir. Ancaq kalsiumla zəngin qidalar ancaq süd, qatıq və ya pendir deyil.

Publika.az sağlamlığının qayğısına qalan insanlar üçün kalsium mənbəyi olan 7 qidanı təqdim edir:

Kalsium sümük və diş sağlamlığı üçün əvəzolunmaz mineraldır. Həmçinin, maddələr mübadiləsinin yaxşı işləməsi, sinir və əzələ hüceyrələrinin güclənməsi üçün də əhəmiyyətlidir.

Kalsium böyrək sağlamlığı üçün də faydalıdır.

Kifayət qədər kalsium qəbul etmədikdə sümüklər kövrəlir, diş minası zəifləyir, əzələdə ağrılar, qollarda və ayaqlarda uyuşma hiss edilə bilər.

Doşab

Doşab kalsium mənbələrindən biridir. Xüsusilə də şəkər qamışından hazırlanan doşab olduqca faydalı bir qidadır. 1 xörək qaşığı doşab gündəlik kalsium ehtiyacınızın 10 faizini qarşılayır.

Portağal

Portağal C vitamini mənbəyi kimi tanınır. Ancaq bu dadlı meyvə kalsium baxımından da zəngindir. 1 kasa dilimlənmiş portağal gündəlik kalsium ehtiyacını tam ödəyir.

Əncir qurusu

Əncir qurusu ləzzətli və sağlam çərəzdir. Bu meyvə əsl kalsium anbarıdır. Bir kasa əncir qurusu gündəlik kalsium ehtiyacınızın 24 faizini qarşılamağa qadirdir.

Badam

Badam ən çox sevilən çərəzlərdən biridir. Sağlamlıq mənbəyi olan yağlar, zülalotein və kalsium ehtiva edən badamın bir ovucu gündəlik kalsium ehtiyacınızın 7 faizini ödəyə bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm