İdmandan sonra bunları yemək olmaz
Bizi izləyin

Sağlamlıq

İdmandan sonra bunları yemək olmaz

Başqalarının gözündə qəşəng görünmək istəyimiz havaların istiləşməsi ilə daha da güclənir. Artıq çəkidən xilas olmaq və gözəl bədən quruluşuna sahib olmaq üçün idman salonlarına axın başlayır. Lakin istənilən idman pəhrizsiz kifayət qədər effekt vermir.

İdmanın faydaları çoxdur – o bədənimizə enerji verir, metabolizmi sürətləndirir. Odur ki, yalnız müntəzəm məşqlə optimal nəticə əldə edilir. Eyni zamanda idmandan sonra nə yediyimizə də fikir verməliyik. İdmandan sonra bəzi qidalara qadağa qoymaq lazım gəlir.

Əsasən, qazlı içkilərə və yağlı pendirə idmandan sonra qəti qadağa qoyulmalıdır. Publika.az-ın sağlamlıq bölməsi idmandan sonra qadağan edilən siyahını təqdim edir.

Qazlı içkilər: İdman zamanı orqanizm su itirir. Odur ki, susuzluğumuzu aradan qaldırmaq üçün sərinləşdirici içkilərə meyl edirik. İdmandan sonra, xüsusən, qazlı içkilər daha cazibədar görünür. Lakin onlar, sözün əsl mənasında, şəkər anbarı hesab edilir. İdman nəticəsində itirdiyiniz mayeni bədəninizə geri qazandırmaq üçün bol-bol su için.

Enerji verən qidalar

Kalorisi həddən artıq yuxarı olan şirniyyatların tərkibində yüksək miqdarda şəkər olur və idmandan əvvəl istehlak edildikdə enerjini əhəmiyyətli dərəcədə yüksəldir. Bu səbəbdən şirniyyatların idmandan əvvəl istehlak edilməsi lazımdır. Çünki idmandan sonra yeyildikdə metabolizmi ləngidir və yatmağı çətinləşdirir.

Südlü şokolad

İdmandan sonra şirniyyat ehtiyacını azaltmaq üçün ürəyiniz südlü şokoladlar istəyir. Ancaq südlü şokoladların tərkibindəki yüksək miqdarda şəkər və yağlar zərərli olduğu üçün qəbulu birmənalı olaraq qadağandır. Lakin bədənin şirniyyat ehtiyacını dəf etmək üçün təzə meyvələr yemək olar. Şokolad istəyini heç cürə dəf edə bilmirsinizsə, o halda 70 faiz tünd şokolad yeməyə icazə verilir.

Yağlı pendir

İdmandan sonra yağlı pendir də yaxşı fikir deyil. Mütləq pendir yemək istəyirsinizsə, kəsmik kimi aşağı kalorili və az yağlı pendirlər istehlak edin. Özü də ağ çörəklə deyil, tam taxıllı çörəkdən kiçik bir dilim yeyə bilərsiniz.

Fast-food

Tərkibində yüksək miqdarda işlənmiş yağ, şəkər və duz olan fast-food yeməklərinin zərərləri barədə çox danışılıb. Xüsusilə, idmandan sonra istehlak edilən kotlet və kartof qızartması kimi yeməklər həddən artıq kalori qəbuluna da səbəb olur. İdmandan sonra aclığı yatırtmaq üçün kaliumla zəngin banan və ya armud kimi meyvələr yemək tövsiyə edilir.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm