Siqareti tərgitmək üçün kahı yeyin!
Bizi izləyin

Sağlamlıq

Siqareti tərgitmək üçün kahı yeyin!

Avstraliyalı araşdırmaçılar tərəvəzlərdə olan amin turşularının siqareti tərgitməyə yardımçı olduğunu ortaya çıxarıblar.

Publika.az xəbər verir ki, braziliyalı araşdırmaçılar da bu faktı təsdiqləyiblər. 34 nəfər siqaret aludəçisinin iştirak etdiyi araşdırma zamanı amin turşularının sağaldıcı təsiri müşahidə edilib.

Araşdırmanın rəhbəri professor Maykl Berk amin turşusunun ən yaxşı mənbəyinin kahı olduğunu vurğulayıb. Digər yaşıl yarpaqlı tərəvəzlər də amin turşuları ehtiva edirlər. Ancaq kahı bu maddə ilə daha zəngindir. Amin turşularının siqareti tərgitmək üçün həkimlər tərəfindən yazılan dərmanlardan belə daha təsirli olduğu deyilir.

Amin turşuları arasında ən güclüsü olan NAC siqaretlə yanaşı kokain və digər narkotik maddələrə aludə olanları da müalicə edə bilir.

NAC maddəsi narkotikə qarşı duyulan ehtiyacın, aclığın qarşısını alır.

Bu maddə həm də narkotiklərin beyinə vurduğu zərəri önləyə bilir.

Mütəxəsislər narkotik aslılığından əziyyət çəkənlər üçün tərkibində NAC maddəsi olan yeni dərmanların hazırlanacağını bildirirlər. Siqaret aludəçiləri isə salatlarına bol miqdarda kahı əlavə edərək 1 ay ərzində siqaretdən xilas ola bilərlər.

Araşdırmalara davam edəcəklərini bildirən mütəxəssislər bu dəfə 1000 nəfər siqaret aludəçisi ilə işləyəcəklərini bildiriblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm