Saçı düzləşdirən və qidalandıran süd maskası
Bizi izləyin

Sağlamlıq

Saçı düzləşdirən və qidalandıran süd maskası

Saç düzləşdirmək üçün bir çox üsul olsa da, bunların çoxu saç üçün zərərlidir. Çünki saçı ya fenlə, ya da içərisində kimyəvi maddələr olan xüsusi məhsullarla düzləşdirirlər.

Bütün bu proseduralar saçı zəiflədir, saçqıranların çoxalmasına və parlaqlığının azalmasına gətirib çıxarır. Ona görə də saçları düzləşdirərkən təbii üsullara meyil etmək məsləhət görülür.

Publika.az saçı təbii yolla düzləşdirən süd maskasını təqdim edir:

Bu maska saçları həm nəmləndirir, həm qidalandırır, həm də düzləşdirir.

Tərkibi:

Yarım stəkan süd

1 çay qaşığı bal

2-3 ədəd püre halına salınmış çiyələk

Sprey şüşəsi

Hazırlanması:

Sprey şüşəsinin içərisinə süd, bal və əzilmiş çiyələyi tökün. Bu məhsulları qarışdırın. Bu qarışımı saçınıza püskürtün. Saç diblərinə də çəkə bilərsiniz. Daha sonra saçınızı darayın və yarım saat gözləyin. Sonda saçınızı yuyub təmizləndiyindən əmin olun.

Saçınızı darayıb təbii şəkildə qurumasını gözləyin. Saçlarınızın həmişəkindən daha düz və parlaq olduğunu görəcəksiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm