Qadınlar ürək xəstəliklərindən necə qorunmalıdırlar?
Bizi izləyin

Sağlamlıq

Qadınlar ürək xəstəliklərindən necə qorunmalıdırlar?

Əhməd Karabulut qadınların 50 faizinin ölüm səbəbinin ürək-damar xəstəlikləri olduğunu bildirir.

Türkiyəli məşhur kardioloq Əhməd Karabulut qadınların ürək xəstəliklərindən qorunmaq üçün əməl etməli olduqları qaydalardan danışıb. Publika.az həkimin məsləhətlərini təqdim edir:

Əhməd Karabulut qadınların 50 faizinin ölüm səbəbinin ürək-damar xəstəlikləri olduğunu bildirir: “Ürək-damar xəstəlikləri diaqnozu qoyulan kişilərin sayı daha çox olsa da, qadınların bu problemlərin ölmə nisbəti daha çoxdur. Çünki qadınlar ürək xəstəliklərinin kişiləri daha çox təhdid etdiklərini düşünürlər və hansısa problemlə üzləşdikdə vaxtında həkimə müraciət etmirlər”.

Həkimin sözlərinə görə, ölümlə nəticələnə bilən ürək xəstəliklərindən qorunmaq istəyən qadınlar aşağıdakı məsləhətlərə əməl etməlidirlər:

1. Arıqlayın

40 yaşı keçən qadınların 50 faizi köklüklə mübarizə aparır. Köklük ürək xəstəliklərinin əsas səbəbləri arasındadır.

Belin diametri 88 santimetri keçirsə, bu, ürək xəstəlikləri riskinin artdığını göstərir. Vaxt itirmədən arıqlamaq lazımdır.

2. Yuxu rejiminə əməl edin

Araşdırmalar göstərir ki, 6 saatdan az yatan qadınların ürək xəstəliklərinə yaxalanma ehtimalı daha çoxdur. Hər gün mütəmadi olaraq 7-8 saatlıq yuxu rejiminə əməl edənlər isə daha sağlam olurlar. Qeyd edək ki, az yuxu kimi, həddən artıq çox yuxulamaq da ürək xəstəlikləri riskini artırır. Ən yaxşısı 8 saatlıq rejimə əməl etməkdir.

3. Qəhqəhə çəkin, gülümsəyin

Gülmək ürək üçün faydalıdır. Qəhqəhə çəkərkən stress hormonlarının səviyyəsi aşağı düşür. Pozitiv düşünmək də ürək xəstəliklərindən qorunmaq üçün faydalıdır.

4. Klimaksdan sonra daha diqqətli olun

Klimaks dövründən sonra qadınlarda ürək xəstəlikləri riski artır. Erkən klimaks isə ürək xəstəlikləri və infarkt riskini iki dəfə artırır. Klimaks dövründə olan qadınlar mütləq tez-tez həkim müayinəsindən keçib ürək və damarlarının sağlamlıq vəziyyəti ilə tanış olmalıdırlar.

5. Aktiv cinsi həyat

Araşdırmalar normal cinsi həyatın qadınların ürək-damar sağlamlığı üçün əhəmiyyətli olduğunu ortaya çıxarıb. Ona görə də yaşından asılı olmayaraq hər bir qadın cinsi həyatda aktiv olmağa çalışmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm