• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yerkökü yeyənlər hansı xəstəliklərdən siğortalanırlar?

Yerkökü yeyənlər hansı xəstəliklərdən siğortalanırlar?

Yerkökünün A vitamini anbarı olduğunu, yəqin ki, bilməyən yoxdur. Onun gözlər üçün faydalı olduğunu da çoxumuz bilirik. Ancaq bu tərəvəzi əvəzedilməz edən bu xüsusiyyətləri deyil. Araşdırmalar göstərib ki, kök bağırsaq problemlərindən tutmuş ürək xəstəliklərinə qədər bir çox problemdən siğortalayan güclü antioksidantlar ehtiva edir.

Publika.az yerkökünün daha öncə heç yerdə oxumadığınız faydalarını təqdim edir:

Mütəxəssislər gün ərzində 1-2 yerkökü yemək əvəzinə 1 stəkan kök suyu içməyi məsləhət görürlər.

Kök bağırsaq problemlərini aradan qaldırır, böyrək ağrısına yaxşı təsir edir.

Sidik və qaz qovucudur. Bağırsaqların işini yaxşılaşdırır və buna görə də həzm sistemini gücləndirir.

Qanın xolesterin səviyyəsini aşağı salır. Ürəyi, gözləri qüvvətləndirir. Cinsi gücü artırır. Öskürəyi kəsir.

İnfarkt, insult və iflic riskini əhəmiyyətli dərəcədə azaldır. Orqanizmi zərərli maddələrdən təmizləyir. Yorğunluğu aradan qaldırır. Qansızlıqdan əziyyət çəkənlər üçün ən çox tövsiyə edilən tərəvəzlərdən biridir. Xərçəngdən qoruduğu elmi araşdırmalar nəticəsində təsdiq edilib.

Yerkökü diş sağlamlığı üçün də əhəmiyyətlidir. Gündə bir stəkan kök suyu içmək diş ətlərini gücləndirir. Revmatizmdən əziyyət çəkənlərə də kök yemək məsləhət görülür.

Yerkökü insan üçün ən əhəmiyyətli orqanlardan biri olan qaraciyəri qorumağa da qadirdir.

Kalorisi az olmasına baxmayaraq, insanı tox saxlayır. Arıqlamaq istəyənlər kökdən rahatlıqla istifadə edə bilərlər.

Bir çox antioksidant ehtiva edən kök zehni və yaddaşı gücləndirir.

Bir sözlə, menyunuzda kökə yer verməklə, bir çox xəstəliklərdən siğortalanacaqsınız.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR