• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Allergiyadan qurtulmaq üçün təsirli üsullar

Allergiyadan qurtulmaq üçün təsirli üsullar

Mövsümlə əlaqədar olaraq allergiyadan əziyyət çəkənlərin sayında artım olur. Allergiya xəstənin iş rejiminə mane olmaqla yanaşı bir çox başqa xəstəlikləri qıcıqlandırır.

Bəzən həkimlərin məsləhət gördüyü dərmanların belə aciz qaldığı allergiya problemindən xilas olmaq üçün bir sıra təbii üsullar mövcuddur.

Publika.az allergiyadan qorunmaq və bu problemdən xilas olmaq üçün ən effektli üsulları təqdim edir:

Kondisioneri təmiz saxlayın

Kondisioneri yaxşı təmizləməyəndə otağın havası korlanır. Bu allergiyanın əsas səbəbi ola bilər. Ona görə də kondisionerlərin filtrlərini dəyişdirin. Beləliklə, allergiyaya yaxalanmaq ehtimalınız 90-95 faiz azalacaq.

Evə daxil olan kimi…

Evə daxil olan kimi üzərinizdəki geyimləri dəyişdirin. Ayaqqabılarınızı şkafa qoyun. Saç və dərinizin üzərinə yapışan, allergiyaya səbəb ola biləcək maddələrin yox olması üçün evə gəldikdən dərhal sonra yuyunun.

Sağlam qidalanın

Hər gün mütləq 3-5 növ meyvə və tərəvəz yeyin. Üzüm, alma, portağal və pomidor kimi allergiyaya səbəb ola biləcək qidaları yeyərkən diqqətli olun.

Maska taxın

Xüsusilə, ağacların çiçəklədiyi dövrdə maska taxmağınız məsləhətdir. Maska allergiyaya səbəb ola biləcək maddələrin buruna daxil olmasına mane olur.

Burnunuzu tez-tez təmizləyin

Burnu tez-tez təmizləmək allergiyaya yaxalanma riskini azalda bilər. Burnu su ilə təmizləmək lazımdır. Yaylığa fınxıraraq təmizləməyə çalışmaq zərərlidir. Bu, burunda şişə, qanamaya və qulaq pərdəsinin zərər görməsinə səbəb ola bilər.

Daha çox maye qəbul edin

Su başda olmaq üzrə gün ərzində meyvə şirəsi və bitki çayları içərək maye ehtiyacınızı qarşılayın.

Evi təmiz saxlayın

Evinizi təmiz saxlayın. Ancaq təmizlik edərkən kimyəvi maddələr ehtiva edən məhsullardan istifadə allergiyanı daha da şiddətləndirə bilər. Ona görə də sirkə və ya qabartma tozu kimi məhsullardan istifadə etsəniz, daha yaxşı olar. Allergik maddələri təmizləmə xüsusiyyəti olan “hepa filtr”li tozsorandan istifadə edin.

Buxardan dəstək alın

Buxar burunun və tənəffüs yollarının açılması üçün yaxşı variantdır. Yatdığınız otağının nəmi ən az 40 faiz olmalıdır. Otaq istiliyi isə 21-22 dərəcəni keçməməlidir.

Siqaretdən uzaq durun

Siqaret tüstüsü allergiyanın ən böyük səbəblərindən biridir. Əgər siqaret çəkirsinizsə, tərgidin. Siqaret çəkilən mühitlərdən uzaq olun. Restorana gedəndə siqaret çəkməyənlər üçün ayrılmış yerdə oturun. Ayrıca otaq spreyləri və tüstü də allergiyanı şiddətləndirə bilər.

Sizdə allergiyaya nəyin səbəb olduğunu öyrənin

Allergiyanızın səbəblərini bilirsinizsə, onlardan qorunmaq daha asan olar. Buna görə də bir mütəxəssisə müraciət edib müvafiq analizindən keçməyiniz önəmlidir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR