• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səhiyyə Nazirliyindən xəbərdarlıq!

Səhiyyə Nazirliyindən xəbərdarlıq!

“Qonşu ölkələrdə vaxtaşırı qızılca xəstəliyi yayılır. Bunu nəzərə alaraq ölkədə qızılca və məxmərək xəstəliyinə qarşı immunlaşdırma tədbirləri həyata keçiriləcək”.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə ötən il və bu il ərzindəbu xəstəliklərə rast gəlinməsə də, qonşu ölkələrə olan səfərlər qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirir:

“Qonşu ölkələrə səfər edənlər virusu gətirməməsi və xəstəliyin yayılmaması üçün peyvənd tətbiq ediləcək. Respublikada aprel ayının 20-dən 25-dək qızılca və məxmərəyə immunlaşdırma həftəsi keçiriləcək. İmmunlaşdırma həftəsinin keçirilməsində məqsəd yuxarı yaş qruplarında qızılca və məxmərəyə qarşı əhalinin immun sisteminin gücləndirilməsidir”.

A. Əliyeva bildirib ki, artıq ölkənin bütün şəhər polikilinikalarında uşaqlar üçün qızılca və məxmərəyə qarşı peyvəndlər təmin edilib.Onlar vaxtaşırı peyvənd olunur. Böyüklər üçün də peyvəndlər veriləcək.

“Xarici ölkələrə səfər edən şəxslər peyvənd olunmaqla həm özlərinin, həm də yaxınlarının yoluxmasının qarşısını almış olacaqlar. 2006-cı ildə 35 yaşa qədər əhali arasında bu yoluxucu xəstəliyə qarşı peyvəndləmə işinin aparılmışdı. Həmin illərdə peyvənd olunmayan şəxslər həmçinin bütün yuxarı yaş qrupları üzrə bu ayın 20-dən etibarən peyvəndlənəcək. İstənilən rayonunda əhali bu yoluxucu xəstəliyə qarşı vaksin olunmaq üçün müraciət edə bilər.

Onlar tibbi müayinədən sonra vaksin ediləcəklər. Həmçinin ilin sonuna qədər müraciət edib peyvənd oluna bilərlər. Həmin şəxslər həm gələcəkdə bu xəstəliklərdən qorunmuş olacaqlar.Əlbəttə, xroniki, onkoloji xəstəliyi, pnevmoniyası olan şəxslər istisnadır. Bütün bu xəstəliklər həkimlər tərəfindən nəzərə alınır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR