Bu üsullarla qəbul etdiyiniz kalori miqdarını azaldın!
Bizi izləyin

Sağlamlıq

Bu üsullarla qəbul etdiyiniz kalori miqdarını azaldın!

Yay yaxınlaşır, çimərlik mövsümünə kimi hər kəs ideal bədənə qovuşmaq istəyir. Publika.az-ın təqdim etdiyi üsullarla pəhriz saxlamadan gün ərzində qəbul etdiyiniz kalori miqdarını azalda bilərsiniz.

* Sandvic və ya hamburgerin üstündəki çörəyi yeməyin. Sadəcə alt hissədəki çörək də doymağınıza kifayət edəcək.

* Meyvə sularının yüksək kalorili olduğu mlumdur. Səhər yeməyi zamanı meyvə suyu içməyin. Onun əvəzinə çay içməyə üstünlük verin.

* Gündə 10 dəqiqə velosiped sürün.

* Yeməklərə və salatlara mayonez qatmayın.

* Yemək bişirərkən yağı iki dəfə azaldın.

* Uşaqlarla və ya ev heyvanlarıyla oyun oynamaq yarım saatda 100 kalori atmağınıza səbəb olacaq.

* Yemək porsiyanızı bir az azaldın.

* Restoranlarda əsas xörəyin yanında verilən düyü, kartof kimi qarnirləri yeməyin.

* 1 qədəhdən artıq spirtli içki içməyin.

* Lift əvəzinə pilləkənlərdən istifadə edin.

* Pizzanın xəmirinin incə olmasına diqqət edin.

* Qazlı və şəkərli içkilərdən uzaq durum.

Bütün bu qaydalara əməl etsəniz, 1 ayda 4-5 kilo arıqlaya bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm