Soyuq duş kişilər üçün daha faydalıdır
Bizi izləyin

Sağlamlıq

Soyuq duş kişilər üçün daha faydalıdır

İlk eşitdiyiniz zaman içiniz titrəyə bilər, ancaq soyuq duşun faydaları isti sudan qat-qat çoxdur.

Soyuq su ilə yuyunmaq ilk dəfə dözülməz ola bilər. Amma öyrəşdikdən sonra elə də çətin olmayacaq. Əgər duş alma müddətində soyuq suya dözə bilmirsinizsə, əvvəl isti su ilə yuyunub, son beş dəqiqədə soyuq sudan istifadə edə bilərsiniz. Əgər ürək xəstəsinizsə və aterosklerozunuz (damar tutulması) varsa soyuq duş qəbul etməyiniz məsləhət deyil.

İmmunitet sistemini qüvvətləndirir

Soyuq su ilə duş qəbul etmək immunitet sistemini gücləndirir. Bunu sübut edən saysız-hesabsız araşdırmalar var. Soyuq su titrəməyə səbəb olduğu üçün metabolizmin sürətini artırır və immun sistemini aktivləşdirir.

Arıqladır

Bədən soyuğa məruz qalanda isinmək üçün daha çox enerji sərf edir. Bunun sayəsində isinməyə çalışarkən orqanizm daha çox yağ yandırar və arıqlamağa köməkçi olar.

Qan dövranını sürətləndirir

Soyuq su ilə duş qəbul edənlərin qan dövranını daha da sürətlənir. Soyuq su qan axınını orqanlara istiqamətləndirir.

Depressiyaya qarşı təsirlidir

Soyuq suyun depressiya simptomlarını da azaltdığı məlumdur. Depressiya olarkən soyuq suyun altında bir müddət dayandıqda özünüzü daha yaxşı hiss edəcəksiniz.

Dəri və saçların parlamasını təmin edir

Soyuq su məsamələrin daralmasına səbəb olur. Bunun sayəsində daha sağlam və parlaq dəriyə sahib olarsınız. Həmçinin soyuq su ilə duş qəbul etmək saçları parıltılı edir.

Testosteronun səviyyəsini artırır

Testosteron androgen qrupundan olan steroid - kişi cinsiyyət hormonudur. Soyuq duş alan kişilərdə testosteron səviyyəsinin daha yüksək olduğu müəyyən edilib.

Sperma keyfiyyətini yüksəldir

İsti su və isti məkanlarda spermanın keyfiyyəti aşağı düşür. Körpə sahibi olmaq istəyənlərə soyuq duş qəbul etmək təklif edilir.

Daha yaxşı yatın

Yuxu problemi olanlara yenə soyuq duş qəbul etmək təklif edilir. Çünki soyuq suyun səbəb olduğu şok orqanizmi sakitləşir. Beləcə bütün gecəni şirin yuxuya gedəcəksiniz.

Nəfəs mübadiləsini tənzimləyir

Soyuq suya məruz qaldıqda insan daha dərindən nəfəs almaq ehtiyacı hiss edir. Bunun sayəsində ağciyərlər açılır və daha çox oksigen qəbulunu təmin edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm