Qarın əridən məşqlər - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Qarın əridən məşqlər - FOTOLAR

Qarın bölgəsindəki yağlar ən çətin əriyən piylərdir. İllərlə pəhriz saxlasanız da, idman etmədən onlardan xilas olmaq mümkün deyil! Bəs qarındakı piyləri daha tez əritmək üçün nə etməli?

Publika.az-ın sağlamlıq bölməsi xəyalınızdakı ideal qadın siluetinə qovuşmaq üçün qarın əzələlərini hərəkət etdirən məşqləri təqdim edir:

1. Yerə arxası üstdə uzanın, əllərinizi başınızın arxasında birləşdirin. Dizinizi çənənizə doğru gətirməyə çalışın və bu zaman çiyinlərinizi boynunuzun mövqeyini dəyişmədən yerdən yuxarı doğru qaldırın. Sol ayağınızı düz tutaraq yerdən 45 dərəcə bucaq altında qaldırın və sağa tərəf yüngülcə qayıtmağa çalışın. Hərəkəti yataraq velosiped istifadə edirmiş kimi də düşünün. Bu məşqi 16 dəfə pedal çevirir kimi ayaq dəyişdirərək tətbiq edin.

Yaza formda girmenizi sağlayacak karın egzersizleri 1

2. Stulun üstünə oturun və möhkəm yapışın. Dizlərinizi ardıcıllıqla bükərək boğazınıza tərəf qaldırmağa çalışın. Bu hərəkəti də 12 və ya 16 dəfə təkrar edin.

Yaza formda girmenizi sağlayacak karın egzersizleri 2

3. Yerə arxası üstdə uzanın. Əllərinizi yanlara tərəf düz şəkildə uzadın. Ayaqlarınızın ikisini də 90 dərəcə bucaq altında yuxarı doğru qaldırın və qıçınızı o biri qıçın üstünə qoymuş kimi dayananın. Bir müddət sabit dayandırdıqdan sonra ayaqlarınızı dəyişdirin. Hərəkəti 12 və ya 16 dəfə təkrar edin.

Yaza formda girmenizi sağlayacak karın egzersizleri 3

4. Yerə arxası üstdə uzanın. Əllərinizi başınızın arxasında birləşdirin. Sonra bir qolu qulaqların yanından qabağa doğru uzadın. Bir ayağınızı isə büküb yuxarı qaldırın. Bu hərəkəti daha sonra o biri ayaqla təkrar edin.

Yaza formda girmenizi sağlayacak karın egzersizleri 4

5. Yerə jim edirmiş kimi uzanın. Ayaq barmaqlarınızın ucunda və əl dirsəklərinə söykənərək bütün bədəninizi yuxarı qaldırmağa çalışın.

Yaza formda girmenizi sağlayacak karın egzersizleri 5

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm