Yuxusuzluq probleminin həlli yolları
Bizi izləyin

Sağlamlıq

Yuxusuzluq probleminin həlli yolları

Yuxusuzluq, dərin yuxuya gedə bilməmək müasir dövrün ən geniş yayılmış problemlərindən biridir. Türkiyəli məşhur həkim Məhmət Öz yediyimiz yeməklərin və qəbul etdiyimiz dərmanların yuxusuzluq probleminin əsas səbəbi ola biləcəyini açıqlayıb.

Məhmət Öz yuxusuzluqdan xilas olmaq üçün 4 üsul təklif edib. Publika.az həmin üsulları təqdim edir:

Lavanda qoxusu

Doktor Məhmət Öz daha keyfiyyətli bir yuxu üçün gecə yatmazdan öncə lavanda qoxulamağı tövsiyə edir. İnsanı sakitləşdirən və yuxu gətirici xüsusiyyətə malik olan lavanda ürək döyüntüsünü azaldaraq, təzyiqi aşağı salır. Araşdırmalar yatmazdan əvvəl lavanda yağı qoxulayan qadınların 22 faizinin yuxuya daha tez getdiklərini və səhər oyananda özlərini gümrah hiss etdiklərini ortaya çıxarıb.

İdeal kiloda qalın

Artıq kilo, əsasən də qarında toplanan yağlar yuxusuzluğa səbəb ola bilir. Çoxlu meyvə, tərəvəz və balıq yeyərək ideal kilonuzu qoruya bilərsiniz. Gündə 30 dəqiqə idman yerişi ilə gəzmək və ya qaçmaq da kökəlməyinizin qarşısını ala bilər. Arıq insanlar daha rahat yatırlar və nadir hallarda yuxusuzluqdan əziyyət çəkirlər.

Yəməklərinizi doğru seçin

“American Journal of Clinical Nutrition” adlı nüfuzlu tibb jurnalının apardığı araşdırma sübut edib ki, axşam yeməyində kartof və düyü kimi qidalar yedikdə yuxusuzluq problemi aradan qalxır. Axşam yeməyində belə qidalara üstünlük verənlər aşağı qlisemik indeksli qidaları seçənlərlə müqayisədə 49 faiz daha asan yuxuya gedirlər.

İstifadə etdiyiniz dərmanlara diqqət edin!

Bəzi ağrıkəsici dərmanlar yuxusuzluq probleminin əsas səbəbi ola bilər. Belə dərmanlar orqanizmdə serotonin və noradrenalin hormonlarının səviyyələrini yüksəldir. Bu iki hormonun artması dərin yuxuya getməyə imkan vermir. Əgər istifadə etdiyiniz dərmanların yuxusuzluğa səbəb olduğundan şübhələnirsinizsə, həkiminizlə məsləhətləşin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm