Bədəni təmizləyən və arıqladan yaz detoks
Bizi izləyin

Sağlamlıq

Bədəni təmizləyən və arıqladan yaz detoks

Yay aylarında cismən və ruhən daha zərif, daha sağlam olmaq istəyirik. Bunun üçün sağlam və düzgün qidalanmalı, bədəninizi tanımalısınız. Sizin hansı qidaya ehtiyacınız olduğunu, hər gün hansı yeməkləri və nə qədər yeməli olduğunuzu ən yaxşı orqanizminiz göstərir. Publika.az bədəni təmizləyən, yaza özəl detoks pəhrizini təqdim edir:

Bu detoksa əməl edən zaman yuxu rejiminə fikir verin, həzm sisteminizin sağlamlığını qorumağa və orqanizminizin ödəm miqdarını azaltmağa çalışın.

Ödəmi azaltmaq üçün

Hər gün 2 fincan limonlu yaşıl çay və ya mate çayı (Braziliya çayı ) için.

Duz miqdarını azaldın, ədviyyat növlərindən istifadə edin.

Duzsuz zeytun və pendir yeyin.

Günə su ilə başlayın, hər gün 2 litr su için.

Həzm sisteminizi qoruyun.

Gündə ən az 2 kasa salat və ya tərəvəz yeməklərinə üstünlük verin.

Tərəvəz xörəklərinə 1 çay qaşığı zirə əlavə edin.

Meyvə suyu əvəzinə meyvənin özünə üstünlük verin.

Həftədə ən az 2 dəfə paxlakimilər fəsiləsindən olan yeməklər yeyin.

Detoks pəhrizi

Səhər yeməyi

2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)

1 kasa az yağlı qatıq

2 dilim ananas

1 çay qaşığı toz darçın

2 yemək qaşığı yulaf

1 çay qaşığı kətan toxumu

1 fincan yaşıl çay (şəkərsiz)

Qəlyanaltı

2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)

10 ədəd qızarmamış yer fıstığı (Duzsuz)

Günorta yeməyi

2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)

1 boşqab göbələkli və zeytun yağlı ənginar

1 kasa vəzəri salatı (1 çay qaşığı zeytun yağı əlavəli)

2 dilim kəpəkli çörək

Saat 2 ilə 4 arası

2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)

1 ədəd armud

1 kasa az yağlı qatıq

1 fincan yaşıl çay

Axşam yeməyi

2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)

Tox saxlayan omlet

1 kasa yaşıl mövsüm salatı (1 çay qaşığı alma sirkəsi)

Saat 6-dan sonra

2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)

2 ədəd qoz

1 fincan darçınlı jasmin çayı (şəkərsiz)

Ödəm azaldan su

Ərzaqlar: 1,5 litr su, ½ ədəd doğranmış yaşıl alma, 1 ədəd doğranmış xiyar, 1/ 2 ədəd dilimlənmiş limon, 1 ədəd çubuqlu darçın.

Hazırlanması: 1,5 litr suya tərəvəzləri, darçını və meyvələri əlavə edib hər gün yeməkdən əvvəl 2 stəkan için.

Tox saxlayan doyumlu omlet

Ərzaqlar: 2 ədəd yumurta ağı, 1 ədəd tam yumurta, 1 dəstə doğranmış cəfəri, 1 ədəd qırmızı istiot, 3-4 ədəd dilimlənmiş göbələk, 1 yemək qaşığı yulaf kəpəyi, 1 çay qaşığı zeytun yağı.

Hazırlanması: Yumurtaları, yulaf kəpəyini kasada 2-3 dəqiqə çırpın. Göbələk və istiota zeytun yağı ilə tavada 3-4 dəqiqə qızardın. Suyu çıxmış tərəvəzlərin üzərinə yumurta və cəfəri əlavə edib ağzı qapalı vəziyyətdə 7-8 dəqiqə bişirin. Süfrəyə verəndə yanına mövsüm salat əlavə edin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm