Saç tökülməsinin qarşısını alan qidalar
Bizi izləyin

Sağlamlıq

Saç tökülməsinin qarşısını alan qidalar

Daim tökülən saçlarınız sizi narahat edirsə, mütləq qidalanma rejiminizi nəzərdən keçirməlisiniz. Bundan sonra isə qida rassionunuza yenilik edib saçlarınıza yaxşı təsir edəcək qidalara üstünlük verməlisiniz. Bəzi qidalar saçların tökülməsinə qarşı olduqca təsirlidir. Publika.az-ın gözəllik bölməsi saç diblərini gücləndirən qidaları təqdim edir:

Quru meyvə

Sağlam saçlar Omega-3 yağ turşularına ehtiyac duyur. Quru meyvələrdəki Omega-3 saçları qoruyur, sink isə tökülməsinə mane olur.

Soya

E vitamini baxımından zəngin digər qida da soyadır. Hemoqlobin istehsalında əhəmiyyətli yeri olan dəmir soyada bol miqdarda olur. Hemoqlobin qanda olur və oksigenin daşınmasını təmin edir. Qanın tərkibindəki hemoqlobinin səviyyəsinin düşməsi qan dövranını da pozur. Qan dövranı pozulanda isə saç dərisi qidalanmadığı üçün tüklərin dibi boşalır. Nəticədə saçlar zəifləyir, uzanmır və tökülür.

Zeytun yağı

Zeytun yağı əsl E vitamini mənbəyidir. E vitamini saçları qoruyan və qalınlaşmasını təmin edən antioksidantdır. Həmçinin hüceyrələrin sağlam inkişafı üçün əhəmiyyətlidir. Dərini rütubətli və yumşaq tutur. Zeytun yağı saç köklərini nəmləndirərək qırılmasının qarşısını alır.

Yerkökü

Gözlər üçün olduqca faydalı olan yerkökü saçlar üçün də təsirli tərəvəzdir. Tərkibindəki A vitamini sayəsində saçların sağlam və parlaq görünməsini təmin edən dəri piyi istehsalını dəstəkləyir.

Tam taxıllı qidalar

B7 vitamini ehtiva edən tam taxıllı qidalar saçların tökülməsinə və ağarmasına qarşı təsirlidir.

İspanaq

B9 vitamini parlaq və sağlam saçlar üçün lazımdır. Kifayət qədər alındıqda saçlarınızın daha sağlam göründüyünü fərq edəcəksiniz.

Molyuska

Afrodizyak təsirilə tanınan molyuska sink baxımından da zəngindir. Sink, təsirli antioksidantdır və saçları qoruyur.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm