Astma xəstələrinin şəfa mənbəyi - alma suyu
Bizi izləyin

Sağlamlıq

Astma xəstələrinin şəfa mənbəyi - alma suyu

Publika.az xəbər verir ki, hər gün bir stəkan alma suyu içmək astma xəstəliyindən əziyyət çəkənlərə yaxşı təsir edir.

Məlum olduğu kimi, astma dünyada ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Bu xəstəlikdən əziyyət çəkənlərə isə alma şirəsi məsləhət görülür. Çünki müalicə prosesində alma suyu içməklə qəbul edilən dərmanların təsirini iki dəfə artırmaq mümkündür.

Mütəxəsislər qidalanma rejiminin və qəbul edilən qidaların astmanın xronikləşməsində rol oynadığını vurğulayırlar. Astma həyat keyfiyyətini azaldan və depressiya, stress kimi əlavə problemlərə səbəb olan bir xəstəlikdir. Vitamin və minerallarla zəngin qidalandıqda bu xəstəlikdən yaxa qurtarmaq mümkündür. Xüsusilə də, mütəmadi olaraq antioksidantla zəngin olan alma suyu içdikdə astma xəstəliyinin əlamətləri azalır.

Alma suyu nəfəs darlığı kimi astma simptomlarını aradan qaldırmağa qadirdir. Həkimlər astma xəstələrinin hər gün 1 stəkan alma suyu içməsini tövsiyə edirlər.

Bundan başqa, mütəxəssislər alma suyunun tərkibindəki bəzi maddələrin imminuteti gücləndirdiyini və orqanizmi bəzi xərçəng növlərindən qoruduğunu da qeyd edirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm