Darçınlı süd içərək arıqlayın!
Bizi izləyin

Sağlamlıq

Darçınlı süd içərək arıqlayın!

Ayaq, omba və qarındakı yağları əritmək bəzən çox çətindir. Ancaq günlərlə ac qalmadan da arıqlamaq mümkündür. Bu sahədə aparılan yeni araşdırmalar darçınlı südün xüsusilə də ayaqlardakı və qarındakı yağları əritdiyini ortaya çıxarıb. Siz də bu dadlı içkidən içərək arıqlama prosesini sürətləndirə bilərsiniz.

Darçın qan şəkərini nizamlayır və enerjini artırır. Həmçinin, insanı uzun müddət tox saxlayır, maddələr mübadiləsini sürətləndirərək daha çox kalori xərcləməyə vadar edir.

Südün tərkibindəki kalsium bədəndəki çətin yağların əriməsini və sümüklərin güclənməsini təmin edir. Ən yaxşı zülal mənbələrindən biri olan süd əzələləri də gücləndirir. Südün ehtiva etdiyi “laktoz” adlı maddə bu xüsusiyyəti ilə insanın şəkər ehtiyacını qarşılayır.

Arıqlamağa kömək edən iki qidanı birlikdə istifadə etdikdə 1 ayda 4 kilo arıqlamaq mümkündür. Bəs darçınlı südü necə istifadə etdikdə effektini görmək olar?

1 stəkan südə yarım çay qaşığı darçın əlavə edib yaxşıca qarışdırın. Bu qarışımı axşamlar və yatmadan 3 saat öncə olmaqla gündə 2 stəkan içmək kifayətdir.

Az yağlı süddən istifadə etsəniz, daha yaxşı olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm