Xərçəngin müalicəsində İNQİLABİ YENİLİK
Bizi izləyin

Sağlamlıq

Xərçəngin müalicəsində İNQİLABİ YENİLİK

ABŞ alimləri hər bir insana fərdi şəkildə tətbiq ediləcək peyvənd hazırlayıb. Bu peyvənd xərçəng xəstələri üçün tətbiq edilir.

Pubklika.az-ın məlumatına görə, “Science” jurnalının son araşdırmasına görə, artıq peyvənd 3 nəfər üzərində tətbiq edilib. Bu peyvənd xərçəngli hüceyrələrin hər bir insanda fərqli olması nəzərə alaraq hazırlanıb. Belə ki, alimlər xərçəng hüceyrələrinin hər bir insanda fərqli olduğunu araşdırıb. Bundan sonra “neoantigen” adı verilən bu xüsusiyyətlər kompüter proqramı vasitəsilə analiz edilib. Nəticədə, peyvənd hazırlamaq üçün hədəflər müəyyən olunub.

Artıq ilkin nəticələrə görə, bu peyvənd tətbiq edilən xəstələrin biri xərçəngdən tamamilə sağalıb, ikincisində şişlərin böyüməsi azalıb, üçüncüsündə isə şişlər kiçilib.

Bağırsaq və dəri xərçənginin müalicəsində istifadə ediləcək yeni peyvəndin elm aləmində həyəcanla qarşılandığı bildirilir.

Peyvəndin ağciyər, süd vəzi və yumurtalıq xərçəngində də tətbiq edilməsi planlaşdırılır. Bu peyvəndin istehsalı üç ay çəkir. Alimlər bu müddətin qısaldılması üzərində işləyirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm