"Südüm kəsildi" kabusuna son
Bizi izləyin

Sağlamlıq

"Südüm kəsildi" kabusuna son

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, südü kəsildiyi üçün uşağını əmizdirə bilməyən anaların kabusu başa çatıb.

Əsasən övladını vaxtından əvvəl dünyaya gətirən qadınlar körpəsini əmizdirməkdə çətinlik çəkir. Buna görə də uşağı butulkadan qidalanmaq məcburiyyətində qalır.

Türkiyəli mütəxəssis Seval Öztürk bununla bağlı məsləhətlərini bölüşüb. Onun sözlərinə görə, süd 2-3 saatdan bir sağılmalıdır: "Gecə südündə yuxugətirici bir maddə var. Bu səbəbdən gecə südü gecə verilməlidir. Əks təqdirdə gündüz südüylə qidalanan körpə gecə yatmaz".

Bütün səylərə baxmayaraq, ana südü kəsilə bilər. Ananın müxtəlif səbəblərə bağlı yaşadığı stress də südün kəsilməsinə səbəb olan amillərdən biridir. Yeni doğum edən anaların ən böyük qorxularından biri də stressə bağlı olaraq südün kəsilməsidir.

Öztürk artıq qadınların bu növ problemlər yaşamayacağını bildirib. Belə ki, ana südünün yenidən yaradılmasının mümkün olduğunu, bunun üçün "Relaktasyon" adı verilən üsula müraciət edildiyini qeyd edib.

"Artıq südü kəsilən ananın körpəsini yenidən əmizdirməsi mümkündür. Amma bunun üçün mütəxəssislərin tövsiyələrinə mütləq dəqiqliklə əməl olunması və səbirli davranması lazımdır. Əslində bu üsulla körpəni ananın döşünü əmməsi üçün aldadırıq. Silikon qidalanma qurğusunu anasının sinə ucuna bağlayırıq. İnjektorla üstündən südü verilir. Körpə südün anasının döşündən gəldiyini güman edərək udmağa başlayır. Beləliklə süd kanallarına təsir edir və yeni süd istehsalı başlayır. Bunu 1 həftə ərzində uşağın qidalanması lazım olan hər 3 saatdan bir təkrar edirik. 2-3 gündən sonra damcı-damcı, 3-cü günün axırında hər iki döşdən süd gəlməyə başlayır. Bir həftə və ya 10 gündən sonra hər şey qaydasına düşür" söyləyib.

Analar bu üsulla körpəni yenidən əmizdirməyə başlayır. Seval Öztürk bu cür problem yaşayan anaların ümidsizliyə düşməməsi üçün yeni üsula əməl etməsinin vacibliyini vurğulayıb.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm