• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yaşıl qəhvə ürəyə necə təsir edir?

Yaşıl qəhvə ürəyə necə təsir edir?

Son illər çox reklam edilən yaşıl qəhvə sadəcə, arıqlamağa kömək etmir, həm də ürək-damar sağlamlığı üçün faydalıdır.

Qəhvə qovrulanda dadı yaxşılaşır. Ancaq onun tərkibindəki klorojenik turşusu itir.

Yaşıl qəhvə digər qəhvələrdən fərqli olaraq qovrulmadığı üçün tərkibindəki klorojenik turşunu qoruyub saxlayır. Üstəlik, kofein nisbəti az olduğu üçün orqanizm üçün daha faydalıdır.

Bütün bu xüsusiyyətlər qəhvəni ürək və damar sağlamlığı üçün əvəzolunmaz qida edir.

Yaşıl qəhvə içməyin bir çox başqa faydası da var.

Qan şəkərinin səviyyəsini nizamlayır, diabet riskini azaldır, yağı parçalayır, maddələr mübadiləsini sürətləndirir. Yüksək antioksidant təsirə malikdir. Hüceyrələri qoruyaraq, yaşlılığı önləyir.

Pis xasiyyətli xolesterinin səviyyəsini aşağı salır.

İmmunitet sistemini dəstəkləyir. Enerjini artırır, gümrahlaşdırır, diqqəti artırır.

Beyinə və sinir sisteminə yaxşı təsir edir.

Lakin yaşıl qəhvənin faydalarını nəzərə alaraq onu həddindən çox içmək olmaz. Çünki yaşıl qəhvə çox istehlak edildikdə yuxusuzluğa, ürək bulanmaya, qusmaya, baş ağrısına səbəb ola bilər.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR