Köklük xərçəngə səbəb olur
Bizi izləyin

Sağlamlıq

Köklük xərçəngə səbəb olur

Köklüyün qalın bağırsaq və döş xərçəngi riskini artırdığı iddia edilib.

Köklük insan ömrünü ən az 8-15 il azaldır.

Kök insanların immun sistemi zəif olduğu üçün onların orqanizminin xərçəng hüceyrələrinə qarşı müqaviməti düşür. Hər insanda xərçəng hüceyrəsi var, ancaq həmin hüceyrələr yalnız zəif immunitetə sahib insanlarda xəstəliyə səbəb olur.

Kök qadınlarda xüsusilə qarın bölgəsindəki yağ miqdarının çoxaldığını bildirən həkimlər, onların döş xərçənginə yaxalanma riskinin çox olduğunu bildirirlər. Üstəlik, belə qadınlarda xərçəng şişi çox böyük olur.

Köklük bir çox xəstəliyin əsas səbəbidir. Hərəkətsiz həyat tərzi və sağlam qidalanmamaq həm köklüyə, həm də xərçəngə gətirib çıxara bilir. Köklük bütün orqanlara və oynaqlara təsir edir.

Həkimlər bildirirlər ki, qadının bədənində yağ nisbəti 22 faiz, kişidə isə 18 faiz olmalıdır. Bu yağ nisbəti artdıqda xəstəlik riski də çoxalır.

Bəs həm köklükdən, həm də xərçəngdən qorunmaq üçün nələr etmək lazımdır?

Həkimlər ən qısa müddətdə aşağıdakı tövsiyələrə əməl etməyi məsləhət görürlər:

*Yaşınıza uyğun olaraq əzələ nisbətinizi qoruyun.

*Az-az, tez-tez qidalanın ki, aclıq hissi sizi daha çox yeməyə vadar etməsin.

*İlin 365 günü D vitamininiz normal səviyyədə olmalıdır.

*Qaraciyərinizin yağlanmasına imkan verməyin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm