• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qarnı əridən ən yaxşı hərəkətlər - FOTOLAR

Qarnı əridən ən yaxşı hərəkətlər - FOTOLAR

Qarın bölgəsindəki yağlar ən çətin əriyən piylərdir. İllərlə pəhriz saxlasanız da, idman etmədən onlardan xilas olmaq mümkün deyil! Bəs qarındakı piyləri daha tez əritmək üçün nə etməli? Xəyalınızdakı ideal qadın siluetinə qovuşmaq üçün qarın əzələrini hərəkət etdirən məşqlər etmək lazımdır.

Publika.az uzun müddətdir ki, sizi narahat edən qarın yağlarından sürətlə xilas olmanızı təmin edəcək 3 sadə hərəkət seçib. Hər hansı bir idman alətinə ehtiyac duymadan edəcəyiniz bu sadə hərəkətlər dümdüz qarına sahib olmağınıza kömək edəcək. Ancaq lap yaxşı nəticə almaq üçün bu hərəkətləri həftədə ən az 3 dəfə təkrar etməlisiniz. Düzgün və sağlam qidalanmanı isə unutmaq olmaz!

Velosiped hərəkəti

Bel üstü uzanın, əllərinizi başınızın arxasında birləşdirin. Çiyinlərinizi yüngülcə yerdən qaldıraraq sağ ayağınızı özünüzə doğru çəkərkən sol dirsəyinizi dizinizə toxundurun. Sol ayağınızı özünüzə doğru çəkərkən sağ dirsəyinizin dizinizə dəyməsinə çalışın. Hərəkəti edərkən nəfəs alıb verin və 30 saniyə ərzində təkrar edin.

crunch 460

Qayçı hərəkəti

Bel üstü uzanın və ovuc içiniz yerə dəyəcək şəkildə əllərinizi yanlara qoyun. Çiyinlərinizi hərəkət etdirmədən ayaqlarınızı düz bir şəkildə xəfifcə yerdən qaldırın. Ayaqlarınızı sanki bir qayçı kimi növbəli hərəkətlərlə havaya qaldırın və endirin. Hərəkəti 30 saniyə ərzində təkrar edin.

makashareketi

Hərəkətli jim

Jim mövqeyi alın. Bir əlinizdən güc alıb bədəninizi sıxaraq yuxarı doğru qalxın. Sonra digər əlinizdən güc alıb hərəkəti təkrar edin. Yeni mövqeyə keçdikdə bir müddət gözlədikdən sonra təkrar qolunuza güc verərək hərəkəti 30 saniyə ərzində təkrar edin.

plank451

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR