Kökəltməyən 7 qida
Bizi izləyin

Sağlamlıq

Kökəltməyən 7 qida

Bəzən gecələr acırıq. Ancaq yatmadan öncə yemək yeməyin çox zərərli bir vərdiş olduğunu bildiyimiz üçün narahatlıq keçiririk.

Publika.az sizi bu problemdən xilas etmək məqsədilə yatmazdan öncə rahatlıqla yeyə biləcəyiniz, kökəltməyən və həzmə yaxşı təsir edən qidaları araşdırıb.

1. Qatıq

Bir kasa qatıq yuxuya getməyinizi asanlaşdıracaq. Qatığın probiyotik xüsusiyyətləri bağırsaqların daha yaxşı işləməsini təmin edir.

2. Toyuğun döş əti

Gecə özünüzü çox ac hiss edirsinizsə, kiçik bir dilim yağsız toyuq döşü yeyə bilərsiniz.

3. Yağsız pendir

Hər hansı yağsız pendir növü aclıq böhranının öhdəsindən gələ bilər. Belə pendirin bir dilimi 80 kaloridir. Ancaq bunu hər gecə təkrarlamaq sizi kökəldə bilər.

4. Yağsız şokoladlı pudinq

Yağsız şokoladlı pudinq kökəltmir, üstəlik sizi səhərə kimi tox saxlayır.

5. Alma

Bol lifli bir meyvə olduğu üçün həzm sistemi üçün faydalıdır. Şəkər ehtiyacınzı qarşılayaraq şirniyyatlara olan meylinizi azalda bilər. Həmçinin, insanı tox saxlayır.

6. Yulaf

Yulafı su və ya südlə bişirib yemək olar. Təbii ki. şəkər tozu əlavə etmək olmaz. Bir kasası 200 kalori ehtiva edir. Yarım porsiya yesəniz, sizi kökəltməz. Həzmə kömək edir və qarındakı şişkinliyi aradan qaldırır.

7. Banan

Banan tez doydurur. Yarısını yesəniz, belə özünüzü tox hiss edəcəksiniz. Ancaq kalorisi digər meyvələrə görə, yüksəkdir, hər gün yeməyiniz məsləhət deyil.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm