Bir günə yarım kilo arıqladan üsul
Bizi izləyin

Sağlamlıq

Bir günə yarım kilo arıqladan üsul

Yaz mövsümü gələn kimi artıq kilo xanımları narahat etməyə başlayır. Hər kəs çimərlik mövsümünə kimi ideal görkəmə sahib olmağı arzulayır. Lakin bəzi pəhrizlər ya nəticə vermir, ya da sağlamlığa zərər vurur.

Ancaq gündə yarım kilo arıqladan, ödəmi, şişkinliyi aradan qaldıran bir üsul var ki, son zamanlar ulduzlar da ondan tez-tez istifadə edirlər.

Publika.az həmin üsulu təqdim edir:

Bu qarışım qatıqla hazırlanır və orqanizmə faydalıdır. İmmun sistemi gücləndirir, maddələr mübadiləsini sürətləndirir.

Tərkibi:

1 kasa az yağlı qatıq

Yarım çay qaşığı toz darçın

Yarım çay qaşığı toz zəncəfil

Yarım çay qaşığı sarıkök

Hazırlanması:

Bütün məhsulları kasada qarışdırın. Yatmazdan 3-4 saat öncə yeyin. Səhər oyananda qarnınızdakı şişkinliyin azaldığını hiss edəcəksiniz. Əgər özünüzü çəksəniz, yarım kilo arıqladığınızı görəcəksiniz.

Ancaq bu qarışımın təsirini artırmaq məqsədilə tərkibindəki ədviyyatların miqdarını artırmaq olmaz. Reseptə olduğu kimi əməl edin. Həftədə 3 dəfədən artıq yemək olmaz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm