Ozon yağı kosmetika bazarında inqilab edir
Bizi izləyin

Sağlamlıq

Ozon yağı kosmetika bazarında inqilab edir

Ozon atmosferin yuxarı qatlarında yerləşərək bütün canlıları ultrabənövşəyi şüaların zərərli təsirindən müdafiə edir.

Kəskin iyli bu qaz oksigenin aktiv formasıdır, təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik gərginliyinin təsiri ilə yaranır.

“Ozonoterapiya” terminini ilk dəfə Almaniyada 100 il əvvəl işlətməyə başlayıblar. 20-ci əsrin əvvəllərində vərəm, anemiya, pnevmoniyanın müalicəsində istifadə edilib. Əsrin əvvəllərində antibiotiklərin kəşfi ilə bu müalicə vasitəsi öz aktuallığını itirir. Lakin uzun illərdən sonra aparılan təcrübələr göstərir ki, antibakterial müalicədən sonra yaranan fəsadları aradan qaldırmaq daha çətindir. Yeni təcrübələr sübut edir ki, birbaşa kontakt nəticəsində ozon bakteriyalara, viruslara, hepatit və VİÇ virusuna öldürücü təsir edə bilir.

Son 15 ildə ozonoterapiya geniş şəkildə tətbiq edilir.

Ozonoterpiya dəri xəstəliklərindən psoriaz, müxtəlif dermatozlar, göbələk xəstəliklərində tövsiyə olunur. Son zamanlar isə cavanlaşmaq həvəsində olan xanımların müraciət etdiyi müalicə növüdür. Belə ki, ozonoterapiya vasitəsi ilə sellülitin aradan qaldırması və dərinin cavanlaşdırılması həyata keçirilir. Sellülitin ilkin mərhələlərində bu, daha çox effekt verir. Nəticədə dərinin həm xarici görünüşü yaxşılaşır, həm də orqanizm təmizlənir. Bu zaman elastik və kollagen liflər əmələ gəlir və dərinin nəmi özündə saxlaması nəticəsində qırışlar açılır, dəri elastik olur. Dəriyə hamarlıq və parlaqlıq verir.

Kosmetologiyada, eləcə də, sellülitə qarşı ozonun oksigenli, fizioloji məhlulla və ya distillə edilmiş su ilə qarışıqlarından dəri altı inyeksiya kimi istifadə edilir. Bu prosesə “ozonoterapiya” deyilir. Burada ozon antioksidant müdafiə sisteminin aktivliyini artırır.

Ozon müalicəsinin ən önəmli təsiri qan dövranını yaxşılaşdırmasıdır. Belə ki, həmin müalicə nəticəsində qanda oksigen daşıyan qırmızı qan hüceyrələrinin oksigen daşıma qabiliyyəti artır.

Az miqdarda istifadə olunan ozon bədənin öz antioksidantlarını və sərbəst radikalları yox edən fermentləri aktivləşdirir. Ozon qocalığı ləngidir. Bu məqsədə xidmət edən antioksidantların ən təsirlisi hesab edilir.

Sellülitin aradan qaldırılması məqsədilə işlədilən ozonoterapiya isə yağ kapsullarının qişasını dağıdır, sellülit əmələ gəlməsinin qarşısını alır, yağ kapsullarına güclü təsir edir. Ozon yağ mübadiləsini aktivləşdirir, yağ hüceyrələrindən enerji mənbəyi kimi istifadə edir. Yağ toxumasına da təsir edən ozon dərini mükəmməlləşdirdiyi kimi, arıqlamaq şansını da artırır. Bu prosesin hər bir seansı orta hesabla 30 dəqiqə davam edir. Siz oturduğunuz yerdən qəzet oxuyaraq və ya televizor izləyərək 30 dəqiqə ərzində 400- 600 kalori itirmiş olursunuz.

Ozon sauna qurğusu eyni anda buxar sistemi ilə çalışdığı və üç nüvəli oksigendən əmələ gəldiyi üçün dəri məsamələrini açır, əzələləri boşaldır. Nəticədə dərini bakteriya, virus və göbələklərdən xilas edir.

Sağalmayan yaraların müalicəsində istifadə edilən ozonoterapiya hüceyrə yenilənməsində aktiv rola malik olduğu üçün kimyəvi terapiyadan sonra yaranmış fəsadların aradan qaldırılmasında da mühüm yer tutur.

Ozon yağı nədir?

Son dövrlərdə istehsal olunmuş ozonlanmış yağ kosmetika bazarında inqilab edir. Saf oksigen molekulları ozonlanmış zeytun yağında gel olaraq saxlanılır və asanlıqla dəriyə masaj edilərək yeridilir. Ozonlaşmış zeytun yağı ilə masaj və maskalar dərinin qan dövranını yaxşılaşdırır. Dərinin alt təbəqəsinə işləyən ozon yağı qan dövranını sürətləndirdiyi kimi limfa toxumasını da toksinlərdən təmizləyir.

Ozon yağı dəri yanıqlarında, qırışın aradan qaldırılmasında müsbət nəticə verir.

Ozon yağı ağcaqanad, arı və həşərat sancmasında, dəri və dırnaq göbələyi müalicəsində və yaşlılıqla əlaqədar olan yenilənən hüceyrələrin azalması vəziyyətində profilaktik olaraq istifadə edilir.

Pis qoxuları aradan qaldıran komponenti ilə tanınan ozon yağı mikrobları öldürür. Sellüliti aradan qaldırma və dərini cavanlaşdırma xüsusiyyətindən başqa, xroniki yorğunluqda, varikoz müalicəsində və oynaq revmatizmlərində, iltihab yaxşılaşdırılmasında da aktiv istifadə olunur.

Saç dərisinin qaşınması, sızanaq izləri, sədəf və ekzema kimi dəri xəstəliklərindən başqa, ozon yağından ağız içi yaraların müalicəsində də istifadə edilir.

Ozonlanmış yağın ömrü nə qədərdir?

Ozon yağının son istifadə etmə tarixi yoxdur. 17 il müddətində istifadə edilə biləcəyinə dair hesabatlar mövcuddur. Lakin uzun müddət istifadə edə bilmək üçün soyuducuda saxlanılmalıdır. Ozonlaşmış yağ dondurularaq 10 il testdən keçirilib. Məlum olub ki, aradan keçən illərə baxmayaraq, ilk günkü qədər təsirli qalıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm