Xurmalı nar suyunun sağlamlığa möcüzəvi təsiri
Bizi izləyin

Sağlamlıq

Xurmalı nar suyunun sağlamlığa möcüzəvi təsiri

Xurma və nar təklikdə də sağlamlıq üçün olduqca faydalı qidalardır. Ancaq yeni aparılan araşdırma bu iki qidanı birlikdə yedikdə daha çox fayda götürə biləcəyimizi ortaya çıxarıb.

Publika.az xəbər verir ki, mütəxəssislər yarım stəkan nar suyu ilə bir ovuc xurmanı birlikdə qəbul etməyi məsləhət görürlər.

Xurmanı əzərək və ya blenderdən keçirərək nar suyu ilə qarışdıra bilərsiniz, və ya bir dəqiqəlik fasilə ilə əvvəlcə nar suyunu içib, sonra xurmanı yeyə bilərsiniz.

“Daily Mail”də yayımlanan araşdırmanın nəticələrinə görə, narla xurmanı birlikdə yemək əsasən ürək sağlamlığına yaxşı təsir edir.

Bu qarışım ürək xəstəlikləri ilə yanaşı, iflic riskini də azaldır.

Damarlarda yağ toplanmasını 28 faiz, infarkt riskini isə 33 faiz azaldır.

Nar və xurmanın tərkibində çoxlu antioksidantlar var. Bu antioksidantlar pis xolesterinin səviyyəsini aşağı salır.

Üstəlik, nar və xurma hamilə qadınlar üçün də əvəzedilməzdir. Çünki bu qidalar ana bətnindəki körpənin beynində baş verə biləcək anormallıqları aradan qaldırır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm