• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bağırsaqları təmizləyən 4 detoks resepti

Bağırsaqları təmizləyən 4 detoks resepti

Qəbul edilən qida əvvəlcə mədəyə, oradan isə nazik, daha sonra da yoğun bağırsağa keçir. Yoğun bağırsaqda həzm olunmamış qida qalıqları, toksinlər yığılır və sonra çölə çıxır. Lakin müasir həyat tərzi bağırsaqların işini çətinləşdirir. Bağırsaqlar pis işləməyə başlayır, normal boşalmır və nəticədə burada çoxlu miqdarda toksinlər və digər ziyanlı maddələr toplanır. Bağırsaqlarda toplanan ziyanlı maddələr bütün orqanizmi daim intoksikasiya (zəhərləyir) edir. Bu zaman bağırsaqları təmizləmək lazım olur.

Bağırsaqların təmizlənməsi müxtəlif üsullarla həyata keçirilə bilər. Bir çox klinikalarda hidrokolonoterapiya kimi prosedura təklif olunur. Bu prosedura zamanı bağırsaqlara xüsusi aparatın köməyi ilə su daxil edilir, bağırsaqlar əsaslı şəkildə yuyulur və orada olan nəcis daşları, toksinlər və s. xaric olunur. Bağırsaqların təmizlənməsi üçün, adətən, bir neçə belə prosedura lazım gəlir. Təbii ki, bu proseduralardan əvvəl pasiyent mütləq həkim müayinəsindən keçməlidir. Qeyd edək ki, hidrokolonoterapiyanın müəyyən əks-göstərişləri də var.

Odur ki, Publika.az heç bir ziyan vermədən həzm sistemini yaxşılaşdıran, bağırsaqların işini asanlaşdıran reseptlər təqdim edir:

Alma suyuyla bağırsaq təmizliyi

Alma şirəsinin tərkibindəki vitaminlər, minerallar və liflər qaraciyər və bağırsaqları təmizləyir.

Günə 1 stəkan alma suyu ilə başlayın. 30 dəqiqə gözləyin və bir stəkan su için. Bunu 3 gün ərzində gündə bir neçə dəfə olmaqla təkrar edin. Bu təmizləmə detoksunu edərkən həddindən artıq qatı qidalardan uzaq durun.

Qatıq ilə bağırsaq təmizliyi

Qatıq bağırsaq sağlamlığını qoruyan, onun işini asanlaşdıran probiyotiklərdən ibarətdir. Probiyotiklər bağırsaq hərəkətlərini tənzimləyir və bakteriyaların əmələ gəlməsini əngəlləyir.

Hər gün qatıq yemək bağırsağın hərəkətliliyini yaxşılaşdırır. Qatığa təzə meyvələr əlavə edərək də yeyə bilərsiniz.

Su ilə bağırsaq təmizliyi

Gündə 8 stəkandan daha çox su içərək bağırsaqlarınızın işləməsinə təkan verin. Nizamlı su içmək bağırsaqları nəmləndirir və toksinləri bədəndən xaric edir.

Buğda kəpəyi

Buğda kəpəyi çox təsirli və təbii vasitədir. Buğda kəpəyi sellülozla zəngindir. Sellüloz bağırsaqlarda şişir və təzyiq edərək burada yığılmış ziyanlı maddələri atır. 1 ay ərzində gündə 3 dəfə acqarına 2 xörək qaşığı buğda kəpəyi qəbul edin və 1 stəkan su için. Kəpəyi süd məhsulları (qatıq, kefir) ilə qarışdırıb yemək lazımdır.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR