Sağlamlıq
Qara tutun inanılmaz faydaları
Tut ağacı adətən, aprel ayında çiçəkləyir, mayda isə meyvə verir.
Bu dadlı meyvənin faydaları isə saymaqla bitmir. Ehtiva etdiyi vitamin və minerallar sağlamlığın keşiyində dayanır, bir çox xəstəliyə əlac olur.
Qara tutun mövsümü olmayanda, onun çayını içmək və ya qurudulmuşunu yeməklə də faydalarından yararlanmaq olar.
Son zamanlarda dünyaca məşhur bir çox həkim ən faydalı qidalar arasında qara tutun da adını çəkməyə başlayıb.
Bəs, qara tut hansı xəstəliklərdən qoruyur, hansı problemləri aradan qaldırır?
Publika.az bu möcüzəvi meyvənin faydalarını araşdırıb:
Qara tut bol miqdarda flavonoid adlı maddə ehtiva edir. Bu maddə ürəyə yaxşı təsir edir, həmçinin yaşlanmağı gecikdirir. Bir stəkan qara tutda 4 qram zülal olur. Üstəlik, gündəlik lif ehtiyacının 20 faizini qarşılayır.
Xroniki qastrit və hepatitin müalicəsində çox təsirlidir. Mədə və bağırsaqların fəaliyyətini tənzimləyir.
Yeməklərdən sonra yeyildikdə həzmi asanlaşdırır. Digər meyvələrdən 2 dəfə az şəkər ehtiva edir. Ona görə də şəkər xəstələri üçün şəfalı hesab edilir. Qaraciyəri qüvvətləndirir, halsızlığı, yorğunluğu aradan qaldırır. Saçların və dişlərin güclənməsini təmin edir.
Ac qarnına yeyildikdə qəbizliyi aradan qaldırır. Bağırsaq qurdlarını salmağa kömək edir.
Öskürəyi aradan qaldırmaqda effektlidir.
Qansızlıqdan əziyyət çəkənlər də bol-bol qara tut yeməlidirlər.
Qara tut qan təzyiqini aşağı salır.
Yuxusuzluğu aradan qaldırır.
Ağız, badamcıq, boğaz iltihabı və diş əti xəstəlikləri zamanı da tövsiyə edilir.
Ləman Sultan
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!