Qanı və qaraciyəri təmizləyən tərəvəz
Bizi izləyin

Sağlamlıq

Qanı və qaraciyəri təmizləyən tərəvəz

Qidalanma və fitoterapiya mütəxəssisi Ece Günay Akkuş tərəvəzlərin sirrini açıqlayıb.

Qış aylarını artıq geridə qoymuşuq. Bahar isə bizi yağışlı, günəşli havası ilə salamlayır. Havaların isinməsi ilə əlaqədar mağazalarda meyvə və tərəvəz, göyərti çeşidləri də artır. Bəs bu mövsümdə hansı tərəvəzləri daha çox istehlak etməliyik? Düzgün qidalanma və fitoterapiya mütəxəssisi Ece Günay Akkuş şəfalı tərəvəzlərin faydalarını açıqlayıb.

Çuğundur

Şəfa anbarı qırmızı çuğundur: Karbohidrat tərkibi yüksək olduğu üçün xüsusilə çəki və şəkər problemi olan insanlara faydalıdır. Bundan başqa, əsl şəfa anbarıdır. Bütün rəngli tərəvəz və meyvələrdə olduğu kimi, antioksidant tərkibi yüksəkdir, anti-kansoregen bir qidadır. Eyni zamanda, dəmir baxımından yüksəkdir. Dəmir çatışmazlığı problemi isə qadınlarda daha çox rast gəlinir. Bu baxımdan qadınların daha çox istehlak etməsi lazım olan qidadır.

Lif nisbəti yüksək olduğu üçün həzm sistemi xəstəliklərini yaxşılaşdırır, həzmi asanlaşdırır, bağırsaqları işlədir. Çuğundur şirəsi qan təzyiqini aşağı salır. Xüsusilə idman öncəsi çuğundur suyu içmək tövsiyə olunur. Bu zaman çuğundur suyu bədənə gümrahlıq verir. Stressə qarşı orqanizmin immunitetini möhkəmləndirir. Orqanizmə dinclik verir və gücləndirir. Qanda və qaraciyərdə toplanan zəhərli maddələrin bədəndən atılmasını asanlaşdıraraq orqanizmə detoks təsiri göstərir.

Kəvər

Kəvər mineralların kraliçasıdır: 100 qram kəvərdə 83 qram su, 1,5 qram zülal, 14 qram karbohidrat və az miqdarda yağ olur. Vitamin və mineral baxımından zəngin tərəvəzin tərkibinə Vitamin B 6, Vitamin C, Vitamin K, fol turşusu, dəmir və maqnezium daxildir.

Kəvər xərçənglə mübarizədə çox təsirlidir

Kəvər xərçəng hüceyrələrin böyüməsini əngəlləyir. Tərkibində olan flavanoidler sayəsində sərbəst radikallara qarşı bədənin müdafiə mexanizmini qüvvətləndirir. Araşdırmalar sarımsaq, soğan və kəvərin qan təzyiqini aşağı saldığını təsdiqləyib. Arıqlamaq üçün təklif olunan pəhrizlərdə ən çox üstünlük verilən tərəvəzlərdən biri hesab olunur.

Kalorisi aşağı, lif məzmunu yüksək olduğu üçün uzun müddət toxluq hissi verir. Həzm sisteminin nizamlı işinə kömək edir. Tərkibində olan fol turşusu sayəsində hamiləlikdə erkən doğum və hamiləliyin pozulması riskini azaldır, qoruyucu təsir göstərir. Güclü antioksidant olduğu üçün yaşlanma əleyhinə də təsir göstərir, ekzema xəstəliyinin müalicəsində istifadə olunur.

Kəvər həm də sinir sisteminin möhkəmləndirir, psixi və fiziki yorğunluğu aradan qaldırır, qaraciyərin fəaliyyətinin nizamlayır, bədəni zərərli maddələrdən təmizləyir. Öskürəyi aradan qaldıran, ana südünü artıran, o cümlədən oynaq xəstəliyinin aradan qaldıran bitki kimi də tanınır.

Ənginar

Ənginar qaraciyərin daimi dostudur: Yumru, qalın yarpaqlı, vitamin və mineral anbarı olan tərəvəzdir. Xüsusilə bu mövsümdə geniş istifadə edilir. Qaraciyərdə toplanan zəhərli maddələrin bədəndən atılmasını asanlaşdırır. Qaraciyərin müalicəsində yaxşılaşma müddətini sürətləndirir. Tərkibi kalsium, maqnezium, kalium, fosfor kimi mühüm minerallarla boldur.

Ənginar qan şəkərini tənzimləyir, bağırsaqları işlədir, zehni və fiziki yorğunluğu azaldır.

Paxla

Böyrəkləri daş və qumdan təmizləyən tərəvəzdir. Quru paxla təzə paxlaya görə daha doyumldur. B1, B2, B6 və K vitamini ilə yanaşı, maqnezium, kalium, kalsium və dəmirdən ibarətdir. Lif tərkibi yüksəkdir. Müəyyən miqdarda zülal ehtiyacını ödəmək üçün ət yeməyən insanlara daha çox tövsiyə olunur.

Bağırsaq parazitlərini salır, sidik yollarını təmizləyir. Pis xolesterini aşağı salır. Qanın laxtalanmasının qarşısını alır. Qadınlara menstruasiya öncəsi istehlak etmək tövsiyə edilir. Çünki ağrıları azaldır. Paxla böyrəklərdən daş və qumu tökür.

Yaşıl noxud

Yaşıl noxud xolesterini tarazlaşdırır: Fol turşusu və K vitamini mənbəyidir, dəmir, maqnezium, mis, sink və kalsium ibarətdir. Sümük sağlamlığının qorunmasına kömək edir. Həzm sistemini hərəkətə gətirir, prebiyotik təsiri var. Ürək və damar sağlamlığını qoruyur. Uşaqlar üçün doyumlu və ideal qidadır, bədənə enerji verir. Tərkibində olan vitamin və minerallar sayəsində immuniteti möhkəmləndirir. Yaşıl noxud yerkökü və kartofla birlikdə bişirildikdə həm daha dadlı olur, həm də şəfası artır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm