Meyvə şirəsini niyə acqarına içmək lazımdır?
Bizi izləyin

Sağlamlıq

Meyvə şirəsini niyə acqarına içmək lazımdır?

Mütəxəssislər meyvə şirəsinin adi sudan daha faydalı olduğunu bildirirlər. Belə ki, meyvə suyu dərini daha çox nəmləndirir və gənc saxlayır.

Ona görə də hər gün təzə sıxılmış meyvə şirəsi içmək lazımdır. 5 fərqli meyvəni şirəçəkən maşından keçirin və qarışdırıb dərhal için.

Ancaq burada diqqət etməli olduğunuz bir nüans var. İnsanların çoxu meyvə şirəsini yeməklə bərabər və ya yeməkdən sonra içirlər. Lakin bu düzgün deyil. Yeməkdən sonra içilən meyvə şirəsi öz faydalarını müəyyən qədər itirir.

Meyvə şirəsini acqarına içəndə isə orqanizmə sağlamlıq üçün faydalı vitamin, mineral və antioksidantlar daxil olur.

Həkimlər hər gün meyvə şirəsi içən insanların bütün xəstəliklərdən qoruna biləcəklərini iddia edirlər. Çünki belə insanlarda hüceyrələrin bölünməsi, çoxalması və yenilənməsi prosesi sürətlə gedir.

Xüsusilə də, xərçəng xəstəliyindən qorunmaq üçün meyvə şirələrinin rolu əvəzedilməzdir.

Ananas, manqo, alma, portağal, qovun, qreypfurt, kivi, qarpız, nar, feyxoa kimi meyvələrin şirəsi tövsiyə edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm