Vaginal qaşıntını aradan qaldıran təbii üsul
Bizi izləyin

Sağlamlıq

Vaginal qaşıntını aradan qaldıran təbii üsul

Vaginal qaşıntı və ağ axıntı hər qadında tez-tez yaşanan bir problemdir. Adətən, göbələk infeksiyasından qaynaqlanan bu xəstəlik qaşınma, vaginal orqanların qıcıqlanması, qızartı ilə də müşahidə olunur.

Buna qadın cinsiyyət orqanının təmizliyinə fikir vermədikdə, gigiyenik qaydalara əməl etmədikdə, yaxud gündəlik bez istifadəsi, sintetik alt paltarları səbəb ola bilər. Bundan başqa, immun sistemi zəifləyəndə də, qadınlar belə hallarla qarşılaşa bilər. Səbəbin nədən qaynaqlandığını qadınlar özləri təxmin edə birlər.

Publika.az-ın sağlamlıq bölməsi vaginal qaşınmanı azaldan bitki ilə müalicə üsulunu təqdim edir:

Vaginal orqanları yüngül ilıq suyla yaxşıca yuyun və qurulayın. Lakin şampun, sabun, gel və.s kimi məhsullar istifadə etməyin. Bu növ məhsullar genital bölgədəki faydalı bakteriyaları öldürüb göbələk və qaşınmanın artmasına səbəb olur.

Sidik və nəcis qalıqları qaşıntı və göbələyin artmasına səbəb olur. Təmizliyə diqqət edin.

Uşaqlıq yolunu təmizləmək üçün iki vasitəyə ehtiyac var: pambıq alt paltarı və təbii alma sirkəsi. Təbii alma sirkəsi mikrobları təmizləyir və PH səviyyəsini tənzimləyir. Sirkə göbələk və mikrob xəstəliklərində təbii müalicəedici xüsusiyyətə malikdir. Ancaq təbii alma sirkəsindən başqa sirkə istifadə etmək olmaz.

Alma sirkəsini aptekdən, təbii məhsul satan mağazalardan almaq, pambığa töküb genital bölgəni ehmalca silmək lazımdır. Bu zaman yüngül bir yanma hiss edəcəksiniz. Amma qaşınmadan xilas olmaq istəyirsinizsə, dözün. Yanma hissi həmin bölgədə infeksiya olduğunun qəti sübutudur və yaxşılaşdığını göstərir.

Bu prosesi gündə 2-3 dəfə təkrar edin, axıntı və qaşıntı getdikcə azalacaq. Bu zaman pambıq materialından alt paltar geyinin, mümkünsə bir müddət cinsi əlaqədən uzaq qalmağa çalışın.

Lakin unutmayın ki, vaginal axıntı və ya qaşıntı şiddətlidirsə, ən doğrusu, dərhal ginekoloqa gedib lazımi müayinədən və müalicədən keçməkdir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm