Mehmet Özün yaşlanma əleyhinə 4 tövsiyəsi
Bizi izləyin

Sağlamlıq

Mehmet Özün yaşlanma əleyhinə 4 tövsiyəsi

Hazırda ABŞ-da fəaliyyət göstərən türkiyəli məşhur həkim Mehmet Öz qocalmağın yaşla deyil, özünüzü necə hiss etdiyinizlə bağlı bir anlayış olduğunu vurğulayır.

Doktor hər yaşda gənc hiss etmək üçün 4 tövsiyəyə əməl etməyi lazım bilir.

1.Amin turşularıyla zəngin qidalar yeyin

Vücudunuzun gəncləşməsi üçün büzüşmüş əzələlərinizi hərəkətə gətirməlisiniz.

Bunun üçün isə amin turşularına ehtiyacınız var. Həmçinin, arqinin və qlutamin də ehtiyacınız olan maddələrdir.

Həmin maddəni yumurta, balıq, toyuq, soya və mərcidən əldə etmək olar. Əzələləriniz gücləndikcə bədəninizdəki yağ miqdarı azalacaq. Bu da özünüzü daha güclü və sağlam hiss etməyinizə səbəb olacaq.

2. Beyni qoruyun

Əgər özünüzü indikindən daha enerjili və xoşbəxt hiss etmək istəyirsinizsə, beyin sağlamlığınızı qorumalısınız. Qanın beyinə daha çox getməsini təmin edən hərəkətlər bunun üçün ən yaxşı üsuldur. Rəqs, sörfinq kimi həm əyləncəli, həm də faydalı hobbilərlə məşğul olun.

3. Stressi ram edin

Stress sağlamlığın ən böyük düşmənidir. Sağlam olmayan insan isə əlbəttə, özünü yaşlı hiss edəcək, qoca görünəcək. Stresslə mübarizə etmək üçün hər gün 8 saat yatmalısınız. Siz yuxuda olarkən bədəninizdəki hüceyrələr yenilənir.

Əgər yuxusuz qalsanız, həm fiziki, həm də zehni yorğunluqla üzləşməli olarsınız. Az yuxu həm də kökəlmək səbəbidir. Daha rahat yatmaq üçün günorta saatlarından sonra kofein qəbul etməyin, gecə ağır qidalar yeməyin.

Yatmazdan öncə bir stəkan çobanyastığı çayı və ya ilıq süd için. Bu sizi sakitləşdirəcək və günün stressini atmağınıza kömək edəcək.

2-3 ədəd albalı da yemək olar. Albalının tərkibində yuxuya getməyinizi asanlaşdıracaq melatonin var.

4. Antioksidantlardan faydalanın

Antioksidantlarla zəngin olan qidalar yaşlanmağınızı ləngidir. Üstəlik, dərinizin daha təravəztli və gənc görünməsini təmin edir.

Mehmet Özün sözlərinə görə, bu 4 tövsiyəyə əməl edənlər həm ruhi, həm də fiziki baxımdan özlərini daha gənc hiss edirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm