Azərbaycanda xərçəng xəstələrinə YAXŞI xəbər var
Bizi izləyin

Sağlamlıq

Azərbaycanda xərçəng xəstələrinə YAXŞI xəbər var

Azərbaycanda onkoloji xəstəliklərdən əziyyət çəkənlər üçün yeni əməliyyatların həyata keçirilməsinə başlanılıb.

Azərbaycanda onkoloji xəstəliklərdən əziyyət çəkənlər üçün yeni əməliyyatların həyata keçirilməsinə başlanılıb.

Əməliyyatın həyata keçirildiyi Respublika Diaqnostika Mərkəzinin həkimi, türkiyəli professor Əhməd Məmiş bildirib ki, qaraciyәrin bәdxassәli şişi, bağırsaq xәrçәnglәrinin qaraciyәr metastazları kimi törәmәlәrdә şiş öldürücü müalicәvi dәrmanlar şiş damarına birbaşa inyeksiya edilir. Bu zaman törәmә damarı tıxanır və törәmәnin qidalanması minimuma endiriIir.

Həkim qeyd edib ki, bu əməliyyat xəstəliyin ilkin mərhələsində çox xeyirli olur. Ancaq Ə.Məmiş Azərbaycanda xəstələrin bəzilərinin əməliyyat üçün çox gec - törəmə böyüdükdən sonra müraciət etməsindən təəssüfləndiyini söyləyib: "Çox təəssüf ki, xəstələr kimya terapiyasının xeyri olmadıqdan - əlləri hər şeydən üzüldükdən sonra həkimə üz tuturlar. Ancaq biz son yox, ilk çarələrdən biriyik. Ona görə də onkoloqlar da bunu çox tez aşkara çıxarıb xəstəni əməliyyat üçün tez göndərməlidirlər".

Ə.Məmiş əlavə edib ki, belə əməliyyatlar törəmə kiçik olduğu zaman aparıldıqda onun xeyri daha çox olur. Həkimin sözlərinə görə, qanama ehtimalı yüksәk olan şişlәrin müalicəsi zamanı da invaziv radiologiya tətbiq edilir. Onun sözlərinə görə, şişin damarı içinә daxil olaraq birbaşa yerli (lokal) kimyәvi terapevtik dәrmanlar verilir. Eyni zamanda, dayandırılmayan burun qanaması halında da müalicә üsulu kimi invaziv radiologiya istifadə edilir.

Ə.Məmiş bildirib ki, invaziv radiologiya dünyada son 20 il ərzində, Azərbaycanda isə son 7-8 il ərzində çox sürətlə inkişaf edib. Əvvəllər çox böyük patologiyalarda - beyin damarında, kəllə daxilində qanaxma, bədənin ən böyük aortasının yırtılması kimi hallarda kəllə sümüyü, döş qəfəsi, yaxud qarın açılaraq əməliyyat aparılırdı. Ancaq invaziv radiologiyanın inkişafı nəticəsində kəllə sümüyü, döş qəfəsi, yaxud qarın nahiyəsi açılmadan - bədəndə 2 mm-lik deşiklər açmaqla böyük əməliyyatlar həyata keçirmək mümkündür. Bu əməliyyatlardan sonra xəstə öz sağlamlığını çox tez bərpa edir.

İnvaziv radiologiya əməliyyatlarının bədən toxumalarına çox az zədə verdiyini deyən Ə.Məmiş bildirib ki, Azərbaycanda artıq bütün növ invaziv əməliyyatlar həyata keçirilir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm