• USD 1,7025 0,00% EUR 1,8495 0,00%
    • GBP 2,1978 0,00% RUB 0,0299 0,00%

Qış aylarında üşüməmək üçün bunları yeyin

Qış aylarında üşüməmək üçün bunları yeyin

Soyuq havanın insan sağlamlığına mənfi təsirini aşağı endirmək üçün qış aylarında nələr yemək lazımdır?

Publika.az soyuğun mənfi təsirlərini azaldan qidaların siyahısını təqdim edir.

Şokoladlı tort bədənin istiliyini artırır.

Başda tut və üzüm doşabı olmaq üzrə digər doşab növlərinin də bədəni istilədərək, soyuqdan qoruduğunu bildirən mütəxəssislər evdən çıxmazdan əvvəl yarım stəkan doşab içildiyi zaman bədənin soyuğa qarşı müqavimətinin artırdığını söyləyib.

Mütəxəssislər üşüməmək üçün qış aylarında qırmızı ət istehlakının artırılmasının vacibliyini vurğulayırlar.

Qırmızı ət maddi baxımdan sizə sərf etmirsə, balıq onu əvəz edən alternativ ola bilər. Qış mövsümü olduğu üçün ucuz qiymətə balıq tapmaq mümkündür. Balıq omeqa-3 mənbəyidir, həm də immuniteti gücləndirən çox dəyərli qidadır. Qış aylarında həftədə 1-2 dəfə yeyilməlidir.

Lobya, noxud kimi paxlalıların yeyilməsi bədənin istilik tarazlığını qoruyur.

Enerji anbarı olaraq quru meyvələr də sizi istilədə bilər. Mütəxəssislər xüsusilə quru üzüm və quru qaysını məsləhət görürlər.

Zülalla zəngin olan yumurta da bədən temperaturunu artıran qidalardandır.

İspanaq, cəfəri, kəvər və digər göyərtilər, eləcə də badam və fındıq üşüməyə mane olur.

Zeytun və pendir də soyuqdan qoruyucu xüsusiyyətlərə malikdir.

Qırmızı pul bibər bədən temperaturunu artırdığından eyni zamanda metabolizmi də sürətləndirir. Tərkibində olan kapsaisin adlı piqment gündəlik sərf olunan enerjinin artırılmasına kömək edir. Amma mədə və sinir sistemi problemleri olanlar onu diqqətli istifadə etməlidirlər.

Zəncəfil bədən temperaturunu artırır. Onun qışı rahat keçirmək olar. İmmuniteti sistemini gücləndirir və metabolizmi sürətləndirir.

Şorba isti olduğu üçün bədənin də temperaturunun yüksəlməsinə səbəb olur. Eyni zamanda süd, qatıq, yumurta və ya ətli, toyuqlu hazırlanan şorbalar toxluq müddətini uzadır. Maddələr mübadiləsini sürətləndirir.

Acı bibər turşusu kimi acı qidalar da bədənin temperaturunu artırır. Amma acı turşuların həddindən artıq istehlakı şiş yaradır. Bunu unutmayın. Mədəsində problemləri olanlar bu cür qidalar yeməməlidirlər.

Yaşıl çayın tərkibindəki katexin turşular sayəsində metabolizmı sürətləndirir. Gündə 3 fincan yaşıl çay içmək maddələr mübadiləsinin sürətini 1-2%-a qədər artıra bilir.

Artıq çəkidən, xolesterindan əziyyət çəkməmək üçün qış aylarında yağlı qidalardan uzaq durub, immunitet sistemini gücləndirən qidalara da yer verilməlidir.

Hər gün təzə tərəvəz yeyin. Günorta və axşam yeməyində yüngül salatlar yeyin. Cəfəri, ispanaq, turp kimi göyərtilərə də yer verin.

Hər gün mütləq meyvə yeyin. Xüsusən də C vitamini ilə zəngin olan meyvələrdən.

Qış aylarında metabolizmi gücləndirmək A və E vitaminlərinin üzərinə düşür. Qırmızı ət, balıq, süd, yumurta, portağal, alma bu vitaminlərlə boldur.

Həm E vitamini qəbul etmək, həm də üşüməmək üçün həftədə 2-3 dəfə paxla yeyin. Yeməklərdə bitki yağı, yaşıl yarpaqlı tərəvəzlər istifadə edilməlidir.

Dəniz məhsulları, buğda, badam, yağlı toxumlarda olan sink mineralı, süd, ət, göbələk, dəniz məhsullarında olan selenium bədəni gücləndirir və enerji verir.

Yumurta, süd, qatıq, pendir, ət kimi yüksək proteinli qidaları ən az gündə iki dəfə yeyin.

Bədənin infeksiyalara qarşı müdafiəsini gücləndirmək üçün hər gün qatıq yeyin.

İdman qan dövranını sürətləndiriyi üçün üşüməyə qoymur, sağlamlıq üçün nə qədər faydalı olduğunu deməyə ehtiyac yoxdur.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR