Boğaz ağrısını yumşaldan 6 tövsiyə
Bizi izləyin

Sağlamlıq

Boğaz ağrısını yumşaldan 6 tövsiyə

Boğaz ağrısını yumşaldan 6 tövsiyə

Qəfil soyuyan havalar xəstəlikləri də özü ilə gətirir. Xüsusən də, boğaz ağrısı və öskürək adamın lap zəhləsini tökür. Öskürək başladımı, dayanmaq bilmir. Yolda, küçədə, ictimai nəqliyyatda, işdə istəsək də, istəməsək də, öskürək və asqıraqlarımızla insanların diqqətini çəkirik. “Sağlam ol” duası isə nə öskürəyi kəsir, nə də ki, sağalmağa kömək edir... Bəs, özümüzü xəstəliklərdən necə qoruya bilərik?

Publika.az boğaz ağrısını azaldan bitkilərin siyahısını təqdim edir.

Bitki çayları: Adaçayı, zəncəfil, nanə kimi bitki çayları boğaz ağrısını yüngülləşdirir və quruyan boğazı yumşaldır. Bu çaylara bal əlavə etməklə, çayın təsirini gücləndirə bilərsiniz.

Siqaret: Boğazınız ağrıyarkən qətiyyən siqaret çəkməyin və siqaret çəkilən mühitdə olmayın. Oturduğunuz otağın havasını tez-tez dəyişin.

Cökə

Şübhəsiz ki, cökə, "qrip" dedikdə ağlımıza ilk gələn bitkilərdən biridir. Aparılan araşdırmalar cökə ağacının tərkibindəki komponentlərdən bəzilərinin (flavonoit) iltihablara qarşı müdafiə etdiyini və ağrı kəsici təsir göstərdiyini sübut dib. Bəzi komponentlərin (müsilaj) isə boğazı yumşaldaraq soyuqdəymə şikayətlərini azaltdığı bildirilir.

Boğaz ağrısına iyi gelen 6 doğal tavsiye

Adaçayı

Soyuq qış günlərində ən çox şikayət edilən xəstəliklər, əsasən, ağız və boğaz iltihablarıdır. Adaçayı yarpaqlarının tərkibindəki uçucu komponentlər sayəsində ağız və boğaz iltihablarını (faringit, jinjivit kimi) aradan qaldırmaq olar. Bişirilmədən, çay şəklində hazırlanan adaçayı qarqara edilir. Bu boğaz xəstəliklərindən qorunmağı asanlaşdırır.

Boğaz ağrısına iyi gelen 6 doğal tavsiye

Mixək

Hər bir mətbəxin baş tacı olan mixək ağız və boğaz infeksiyalarına qarşı möcüzəli təsiri ilə tanınır. Tərkibində olan uçucu xassəli öjenol sayəsində boğaz yanmasının qarşısını alan mixək bakteriya və virusların səbəb olduğu üçün ağız, boğaz infeksiyalarında antiseptik və ağrı yumşaldıcı kimi istifadə edilir. Aparılan araşdırmalar mixək yağının istifadə edildiyi antibiotiklərin təsirinin daha güclü olduğunu göstərib. Alimlər belə qənaətə gəlib ki, mixək yağının uçucu xüsusiyyəti antibiotiklərin təsirini artırır. Mixəyin, xüsusilə, öjenol daşıyan Seylon darçını çubuğu ilə birlikdə çay kimi içilməsi, ya da çayının qarqara edilməsi təklif edilir.

Boğaz ağrısına iyi gelen 6 doğal tavsiye

İstiot

Dənəcik və toz növlərindən hazırlanan istiot çayını qarqara etdikdə boğaz infeksiyasının qarşısını almağa və yüngülləşdirməyə yardım edir. Aparılan araşdırmalar istiotun immunitet sistemini tənzimlədiyi, yanğı və spazmalara islahedici təsir göstərdiyini təsdiq edir.

Boğaz ağrısına iyi gelen 6 doğal tavsiye

Zəncəfil

Saysız-hesabsız faydaları olan zəncəfildən bir çox ölkədə müxtəlif məqsədlərlə istifadə edilir. Soyuqdəymə və öskürəyə qarşı təsirli olduğu sübut edilən bu bitki, həzm sistemi xəstəlikləri üçün də olduqca faydalıdır.

Boğaz ağrısına iyi gelen 6 doğal tavsiye

Ekinezya (koni çiçəyi)

Üst tənəffüs yolu xəstəliklərinə qarşı təsirli olan digər bitki isə ekinezyadır. Aparılan klinik araşdırmalar bu bitkinin immunitet sistemini möhkəmləndirdiyini və bədəni soyuqdəyməyə qarşı qoruduğunu sübut edib. Bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlara görə, tərkibində ekinezya olan məhsulların soyuqdəymə nəticəsində güclənən viruslara öldürücü təsiri var. Ekinezya eyni zamanda virusların güclənməsi nəticəsində baş verən iltihabın (sitokinler) sonrakı fəsadlarına da nəzarət edir. Belə ki, boğaz və ağ ciyərlərdə yarana biləcək ağırlaşmaya mane olur.

Boğaz ağrısına iyi gelen 6 doğal tavsiye

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm