Masajın körpəyə faydaları
Bizi izləyin

Sağlamlıq

Masajın körpəyə faydaları

Masaj doğuşdan sonra ilk üç il ərzində körpənin beynindəki onun ünsiyyətini, əqli inkişafını dəstəkləyən bir çox sinirə müsbət təsir edir. Xüsusilə də, körpəni çimizdirərkən edilən masaj onun inkişafında əvəzsiz rola malikdir.

Masaj körpənin sümüklərinin inkişafı üçün çox önəmlidir. Üstəlik, masaj stressdən qoruyur, körpənin özünü daha yaxşı hiss etməsinə səbəb olur.

Körpə suda nə qədər çox vaxt keçirsə, onun üçün bir o qədər yaxşı olar. Nəticədə körpə həm fiziki, həm də ruhi cəhətdən sağlam olar. Duş zamanı masaj edilərkən körpə bundan həzz alır və bu onun daha sonra rahat yatmasına səbəb olur.

Araşdırmalar göstərir ki, çimərkən sabun köpükləriylə oynayan körpələr daha tez inkişaf edirlər.

Körpəni çimizdirərkən və onu masaj edərkən asta səslə onunla danışmaq lazımdır. Belə körpələr 2 yaşına çatdıqda digər həmyaşıdlarından daha böyük söz ehtiyatına sahib olurlar.

Körpələri xoş qoxulu şampunla yuyundurduqda onlar valideynlərinə daha düşkün olurlar. Üstəlik, xoş qoxulu məhsullarla çimizdirilən körpələr daha dərin yuxuya gedir, tez-tez oyanmırlar. Onlar digər körpələrdən 25 faiz daha az ağlayırlar.

Bu da onu göstərir ki, hamamda edilən masaj sadəcə, körpənin sümükləri üçün faydalı deyil. Körpə toxunuşu, xoş qoxunu sevgi əlaməti olaraq qəbul edir və onun əhvalı yaxşılaşır. Belə uşaqlar insanlarla ünsiyyətə meyilli olur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm