Göz qırpmağın səbəbləri
Bizi izləyin

Sağlamlıq

Göz qırpmağın səbəbləri

Uşaqlıq çağında gözləri çox qırpmaq olduqca ciddi problemin əlaməti ola bilər. Belə ki, bu, uşağın görməklə bağlı bir problemi olduğunun ilk əlaməti hesab olunur.

Gözün sürüşməsi, çəpgözlük ailələr tərəfindən çox tez fərqinə varılır. Ancaq azyaşlı uşaqlarda uzağı və yaxını bulanıq görmə, göz qüsuru gizli şəkildə davam edir. Valideynlər bu kimi halları uşaqlarda çox zaman müəyyən edə bilmirlər. Göz problemi olan uşaqlarda göz yorulması meydana gəlir. Bu problem özünü göz qırpma şəklində özünü göstərir.

İrəli yaşlarda baş vermə səbəbləri

Gözü tez-tez qırpmaq irəli yaşlarda özünü göstərir. Bu, iki səbəbdən qaynaqlana bilər. Bunlardan biri gözlərin quruluğu ilə bağlıdır. Göz yaşı təbəqəsi öz-özünə gözün önünə yayılır və gözləri avtomatik olaraq təmizləyir. Amma bu yetərsiz qaldığı zaman gözün öz-özünü yuma funksiyası azalır. Göz quruluğunu aradan qaldırmaq üçün göz qırpması baş verir. Mütəxəssislər hesab edirlər ki, gözlərin qurumaması üçün dəqiqədə 4 dəfə gözləri qırpmaq kifayətdir.

Tez-tez göz qırpmağın başlaması göz quruluğunun ilk əlamətlərindən biridir. Əgər gözdə yanma və gözləri tez-tez açıb yummaq kimi hallar müşayiət olunursa, o zaman göz yaşı çatışmazlığı, yəni, göz quruluğu deyilən xəstəliyin müalicə edilməsi lazımdır.

Göz quruluğu həm günəşdə, həm də kondisionerli otaqda çox qaldıqda baş verir. Bu isə gözlərin tez-tez qırpılmasına səbəb olur.

Televiziya izləyəndə, çox oxuyanda, yazanda, sensorlu telefonlardan və planşetlərdən istifadə zamanı gözün harmoniya gücü yetərsiz qaldığı üçün beyin buna göz qırpma şəklində reaksiya verir. Bu zaman gözlər reflektiv olaraq yumulur.

Uzun müddət televizora baxmaq və ya kompüterdən istifadə etmək, siqaret tüstüsü və ya digər dumana məruz qalma, oksigen, nəm və havasız mühitlər göz quruluğuna, dolayısı ilə göz qırpmasına səbəb olur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm