Orqanizmi təmizləyib gəncləşdirən 10 qida
Bizi izləyin

Sağlamlıq

Orqanizmi təmizləyib gəncləşdirən 10 qida

Detoks orqanizmi lazımsız və zərərli maddələrdən, toksinlərdən təmizləmək deməkdir. Detoks zamanı toksinlərlə yanaşı sağlamlığın düşməni olan yağlar da əriyir.

Buna görə də sadəcə sağlamlığının qayğısına qalanlar deyil, arıqlamaq istəyənlər də detoksa müraciət edirlər.

Publika.az sizin üçün detoks effektli qidaları araşdırıb. Təqdim etdiyimiz bu 10 qidanı yeyərək orqanizmdəki zərərli maddələrdən xilas ola, gəncləşə və 1-2 kilo arıqlaya bilərsiniz.

Turp yarpağı

Antioksidant və kükürd ehtiva edir. Bu maddələr orqanizmdəki müəyyən fermentləri hərəkətə keçirərək toksinlərin bədəndən atılmasını təmin edir.

Qırmızı bibər

Portağaldan 3 dəfə çox C vitamini ehtiva edir. Bu vitamin toksinləri həzm edilə bilən materiallara çevirir. Beləliklə, toksinlər bədəndən xaric edilir.

Sitrus meyvələri

Sitrus meyvələri də yüksək miqdarda C vitamini ehtiva etdikləri üçün detoks təsiri göstərirlər.

Soya paxlası

Soya paxlası asan həzm edilən qidadır. Ona görə də bağırsaqların divarlarında toplanıb qalan toksinlərin atılmasını təmin edir.

Qoz

Detoks zamanı qoz yemək də faydalıdır. Qoz detoks prosesində omeqa-3 yağ turşularının bədənə nüfuz etməsini təmin edir. Bu da zərərli yağların yerini sağlam yağların tutmasıyla nəticələnir.

Günəbaxan

Tərkibindəki selen və E vitamini sayəsində qaraciyərin təmizlənməsini təmin edir. Eyni zamanda pis xolesterinin səviyyəsini aşağı salır.

Su tərəsi

Qaraciyəri təmizləyir. Eyni zamanda təbii sidikqovucudur.

Sarıkök

Sarıkök də əsasən qaraciyəri toksinlərdən təmizləmək üçün istifadə edilir.

Taxıl bitkiləri

Lif baxımından zəngin olduqları üçün orqanizm üçün faydalıdırlar. Çox yeməyin qarşısını aldıqları üçün orqanizmə lazımsız yağ və maddələrin girişini azaldırlar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm