Yağları əridib bədəni incəldən içki reseptləri
Bizi izləyin

Sağlamlıq

Yağları əridib bədəni incəldən içki reseptləri

Yay gəlir, deməli, çimərlik mövsümünə hazırlaşmaq vaxtıdır.

Arıqlamaq, sellülitdən xilas olmaq üçün əlbəttə, zərərli və kalorili qidalardan uzaq durmaq, idmanla məşğul olmaq vacibdir. Ancaq bu zaman yağları əritmək xüsusiyyəti olan içkilərdən də kömək almaq olar. Xüsusilə də, tərkibində zəncəfil olan içkilər və kokteyllər bədəni incəldir.

Zəncəfil həzmə kömək edir, bədənin daha çox yağ yandırmasına səbəb olur. Maddələr mübadiləsinin işini 20 faiz sürətləndirir. Üstəlik, toksinlərin bədəndən atılmasını asanlaşdırır.

Publika.az zəncəfilli içkilərdən ən təsirli olanların reseptlərini təqdim edir:

1. Zəncəfil suyu

Bir ədəd zəncəfil kökünü nazik şəkildə dilimləyin. Termosu isti suyla doldurub zəncəfilləri onun içərisinə tökün. 10 dəqiqə sonra su içilməyə hazır olacaq. Həmin sudan hər yeməkdən yarım saat öncə 1 stəkan için.

2. Vücudu incəldən kokteyl

Tərkibi:

1 çay qaşığı rəndələnmiş zəncəfil

1 ədəd xiyar

1 ədəd limon

1 ədəd yaşıl limon

1-2 nanə yarpağı

700 ml. su

Hazırlanması:

Xiyarı soyub incə dilimləyin. Sonra limon, yaşıl limon və zəncəfili də dilimləyib hamısını 2 litr suyun içərisinə tökün. Nanə yarpağını da əlavə edib bir gecə soyuducuda saxlayın. Hazırladığınız kokteyldən gün ərzində 3 stəkan için. Səhərlər ac qarına və gün ərzində yeməkdən öncə için.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm