Dəmir çatışmazlığı arıqlamağa qoymur
Bizi izləyin

Sağlamlıq

Dəmir çatışmazlığı arıqlamağa qoymur

Dəmir çatışmazlığı bir sıra xəstəliklərə səbəb olan problemdir. Ancaq yeni araşdırmalar göstərib ki, dəmir çatışmazlığından əziyyət çəkənlər köklüyə daha meyillidirlər. Üstəlik, onlar istəsələr də, arıqlaya bilmirlər. Yəni kök insanda dəmir əskikliyi varsa, o nə qədər pəhriz saxlasa da, arıqlaya bilməyəcək. Çünki dəmir çatışmazlığı müəyyən hormonların nisbətinin pozulmasına səbəb olur ki, bu da kökəlməklə nəticələnir. Dəmir çatışmazlığı arıqlama prosesinin də qarşısını alır.

Dəmir çatışmazlığına daha çox böyümə çağındakı uşaqlarda, menstruasiya olan gənc qızlarda, hamilələrdə və uşaq əmizdirən analarda, həmçinin sağlam qidalanmayan insanlarda rast gəlinir.

Hər ay mütəmadi olaraq menstruasiya keçirənlər 1 ml. qanla 5 mg. dəmir itirirlər.

Bu itirilən dəmir bərpa edilməlidir.

Dəmir çatışmazlığından əziyyət çəkən insanlar tez-tez acırlar. Ona görə də arıqlaya bilmir, hətta gün keçdikcə daha da kökəlirlər. Ən pisi isə odur ki, belə insanlar pəhriz saxlasalar, təhlükəli xəstəliklərə yaxalana bilərlər.

Mütəxəssislər tez-tez acan və üşüyən insanların qan azlığı və dəmir çatışmazlığından şübhələnmələrini və həkimə müraciət etmələrini tövsiyə edirlər. Əgər arıqlaya bilməməyinizin səbəbi dəmir çatışmazlığıdırsa, o zaman bol miqdarda dəmir ehtiva edən qidalar yeyərək bu problemi kökündən həll etməlisiniz.

Qeyd edək ki, orqanizmdə dəmir çatışmazlığı baş verdikdə yorğunluq, əsəbilik, yuxusuzluq, saç tökülməsi kimi əlamətlər ortaya çıxır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm