Sağlamlıq
Liflə zəngin qidalar hansılardır?
Sağlam qidalanmaq üçün menyuda lif ehtiva edən qidalar çoxluq təşkil etməlidir.
Belə qidalar həm kökəlməyə səbəb olmur, həm də asan həzm edilir.
Bəs, liflə zəngin olan qidalar hansılardır və bir insanın gündəlik lif ehtiyacı nə qədərdir?
Bu suallar sizi də maraqlandırırsa, Publika.az-ın təqdim etdiyi bu yazını oxumağa davam edin.
Liflə zəngin qidalar əsasən, meyvə və tərəvəzlərdir. Belə qidalar bağırsaqları təmizləyir, orada toplanan artıq suyu əmir və toxluq hissi yaradır.
Mütəxəssislər lif ehtiyacının yaşdan asılı olaraq, artıb azala biləcəyini vurğulayırlar.
Aşağıdakı siyahıdan hansı yaşda nə qədər lif qəbul etməli olduğunuzu öyrənə bilərsiniz. Qeyd edək ki, 13 yaşdan sonra qadın və kişilərin qəbul etməli olduqları lif miqdarı fərqli olur:
1-3 yaş : 19 qram
4-8 yaş : 25 qram
9-13 yaş : 31 qram (k), 26 qram (q)
14-51 yaş : 38 qram (k), 26 qram (q)
51-70 yaş : 30 qram (k), 21 qram (q)
70 yaş : 29 qram (k), 20 qram (q)
Hansı meyvə və ya tərəvəz, yaxud qidaların 100 qramında nə qədər lif olduğu isə aşağıdakı siyahıda izah edilib.
Kətan toxumu - 27 qram
Badam - 12 qram
Fıstıq - 10 qram
Təzə kokos - 9 qram
Fındıq - 9 qram
Qoz - 7 qram
Şabalıd - 5 qram
Buğda - 15 qram
Buğda kəpəyi - 13 qram
Yulaf kəpəyi - 6 qram
Qarğıdalı - 5 qram
Kəpəkli makaron - 3 qram
Pəhriz çörəyi - 12 qram
Qara çörək - 5 qram
Yulaf kəpəyindən hazırlanan çörək - 5 qram
Normal çörək - 3 qram
Çovdar çörəyi – 2 qram
Üzüm - 7 qram
Moruq - 6 qram
Böyürtkən - 5 qram
Zoğal - 5 qram
Armud - 4 qram
Nar - 4 qram
Alça - 4 qram
Qaysı - 3 qram
Banan - 3 qram
Kivi - 3 qram
Göyəm - 2 qram
Gilas - 2 qram
Manqo - 2 qram
Ananas - 2 qram
Çiyələk - 2 qram
Narınc - 2 qram
Göbələk - 2 qram
Qulançar - 2 qram
Çuğundur - 2 qram
Bibər - 2 qram
Kartof - 2 qram
(Aşağıdakı tərəvəzlərin bişirildikdən sonra tərkidində saxladığı lif miqdarı nəzərə alınıb)
Ənginar - 9 qram
Yaşıl noxud - 5 qram
Şirin kartof - 4 qram
Brokkoli - 3 qram
Brüksel kələmi - 3 qram
Qarğıdalı - 3 qram
Kərəviz - 2 qram
Kələm - 2 qram
Ləman Sultan
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL