Hansı mineral əsəbləri sakitləşdirir?
Bizi izləyin

Sağlamlıq

Hansı mineral əsəbləri sakitləşdirir?

İnsan bədəninin inkişafı və sağlamlığı üçün ən əhəmiyyətli minerallardan biri də maqneziumdur. Son araşdırmalar bu mineralın stresslə mübarizə apardığını və əsəbləri sakitləşdirdiyini ortaya çıxarıb.

Stresslə mübarizə aparan noradrenalin və adrenalin kimi hormonların istehsalı üçün maqnezium lazımdır. Maqnezium həssas və əsəbi insanlara yaxşı təsir edir.

Bu mineral orqanizmdəki 300-dən çox hormonu hərəkətə gətirərək ürək və əzələləri qoruyur.

Maqnezium daha çox süd məhsullarında, kartofda, makaronda, bananda, fındıqda, badamda, çuğundurda və kəpəkli çörəkdə olur. Bu qidaları menyuya daxil edərək stress və əsəblə mübarizə apara bilərsiniz.

Əgər əsəblərinizin korlandığından şübhələnir, son vaxtlar tez-tez özünüzdən çıxırsınızsa, apteklərdə satılan maqnezium həblərindən istifadə edə bilərsiniz. Təbii ki, öncə həkimlə məsləhətləşmək lazımdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm