Alçanı duzla yeyənlər diqqətli olsunlar
Bizi izləyin

Sağlamlıq

Alçanı duzla yeyənlər diqqətli olsunlar

B vitamini ilə zəngin alça orqanizmi ürək, böyrək və qaraciyər xəstəliklərindən müdafiə edir.

Publika.az-ın sağlamlıq bölməsi alçanın faydalarını araşdırıb.

Məlum olub ki, alça qanı artırır, iştahı açır, lifli olduğu üçün həzmi asanlaşdırır, qızdırmanı aşağı salır.

Revmatizm xəstəliyindən əziyyət çəkənlərə yaxşı təsir edir.

Kalium və maqnezium mineralları baxımından zəngin olan bu meyvədən çox yemək olmaz. Belə ki, həddən artıq alça yemək qarınağrısına yol açır.

Alçanı duzla yemək isə çox rastgəlinən olsa da, təhlükəlidir. Duzlu alçanın dadı çox gözəl olsa da, orqanizmə zərər verir. Belə ki, həm duzlaşmaya səbəb olur, həm də təzyiqi artırır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm