Çiyələyin dişə faydaları
Bizi izləyin

Sağlamlıq

Çiyələyin dişə faydaları

Yay fəslinin ən sevilən meyvələrindən biri çiyələkdir. Mütəxəssislər bu dadlı və faydalı meyvənin diş sağlamlığı üçün əhəmiyyətli maddələr ehtiva etdiyini bildirirlər.

Dişlərinizin sağlam olması üçün mövsümündə bol-bol çiyələk yeyin.

Diş və diş ətinin sağlamlığı üçün ümumilikdə rəngli meyvələrin hamısını həftəlik qida menyusuna daxil etmək lazımdır. Ancaq bu meyvələrdən ən çox çiyələk dişlərə fayda verir.

Çiyələk dişləri möhkəmləndirir, çürüklərin qarşısını alır.

Bu meyvə gün ərzində dişlərə zərər verən qida qalıqları və siqaret kimi faktorların zərərini azaldır.

Çiyələyin tərkibindəki turşular dişləri təmizləyir. Bu da kariyes kimi diş problemləriylə üzləşməmək üçün vacibdir.

Onun tərkibindəki C vitamini də dişlər üçün çox əhəmiyyətlidir.

Dişlərinizin daha ağ və sağlam görünməsi üçün mütəmadi olaraq çiyələk yeməklə kifayətlənməyin. Daha yaxşı nəticə üçün püre halına salınmış çiyələklə dişlərinizi sürtün.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm