• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bahar yorğunluğunun çarəsi bu içkidədir

Bahar yorğunluğunun çarəsi bu içkidədir

Bahar aylarında mövsüm dəyişikliyi ilə bağlı orqanizmin müqaviməti zəifləyir. Publika.az-ın sağlamlıq bölməsi Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər yorğunluğu götürmək və müvazinəti saxlamaq üçün süd içməyi tövsiyə edir. Südün əhəmiyyətini vurğulayan mütəxəssislər hər gün mütəmadi olaraq 2 stəkan südün bahar yorğunluğuna yaxşı təsir etdiyini iddia edir.

Həyat keyfiyyətini azaldan bahar yorğunluğunun qarşısı vaxtında alınmazsa, ağır xəstəliklərə səbəb ola bilər. Sağlam qidalanma mütəxəssisləri südün tərkibindəki sinir sistemini qüvvətləndirən vitaminlərin xroniki yorğunluq sindromu ilə mübarizə apardığını və hətta aradan qaldırdığını qeyd ediblər.

Nuh Naci Yazqan Universiteti Tibb Elmləri Fakültəsinin qidalanma kafedrasının rəhbəri doktor Nəriman İnanc balanslı qidalanma ilə beyin funksiyaları arasında güclü əlaqə olduğunu bildirib.

Südün tərkibində olan protein, triptofan adlı amin turşusu, B2, B6, B12 kimi zəngin vitaminlər sinir sisteminə təsir edir, gündəlik vitamin ehtiyacını ödəyir. Bir sözlə, süd bahar yorğunluğundan qorunmaq üçün çox effektli gücə malikdir.

Doktor Nəriman İnanc “Süddə olan triptofan orqanizm üçün çox lazımlı amin turşusudur. Yaxşı triptofan mənbəyi olan süd xoşbəxtlik hormonları kimi serotonin adlı maddənin istehsalının artmasına da səbəb olur. Südün bu faydalarını nəzərə alaraq bahar yorğunluğundan qorunmaq üçün gündə 2 stəkan süd için”- deyib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR