Əzələləri gücləndirir, dərini gözəlləşdirir
Bizi izləyin

Sağlamlıq

Əzələləri gücləndirir, dərini gözəlləşdirir

Fiziki və zehni problemlərin həllində yoqa ən böyük köməkçilərdən biridir. Bu günlərdə yoqanın daha bir faydası – boy artıma kömək etdiyi də məlum olub!

Yoqa sağlamlığı qorumağa birbaşa təsir edir. İnsanları stressdən uzaqlaşdırır, uzun müddət yaxşı əhvalda qalmağa kömək edir, əsəbdən uzaq, rahat həyat bəxş edir. Özünə inamın artmasını təmin edir və psixoloji durumu rahatlaşdırır. Bunların nəticəsində daxili enerji artır.

Bundan başqa, yoqa ilə məşğul olan insanların qaməti düz və mükəmməl olur. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yoqa ilə məşğul olaraq boyu təbii şəkildə artırmaq da mümkündür. Belə ki, bir çox yoqa təlimçisi yoqanın boy artımına təsir göstərdiyini iddia edir.

Onlar iddialarını belə əsaslandırırlar ki, yoqa insan bədəninin böyüməsinə səbəb olan hormonlara təsir göstərir. Dartınma və tarazlaşdırma hərəkətləri əzələləri möhkəmləndirir və bədənin qamətini yaxşılaşdırmağa imkan yaradır. Sümüklərin uzanmasına birbaşa təsir göstərməsə də, müəyyən effekti olduğu da danılmazdır.

Yoqa ilə mütəmadi məşğul olduqda onurğa yavaş-yavaş elastikləşir. Daxili orqanların düzgün işləməsində, yuxusuzluq və kökəlmənin qarşısının alınmasında yoqa böyük rol oynayır.

Yoqa, həmçinin, kürək əzələlərini gücləndirir, qarın və omba əzələlərinə göstərdiyi təsir nəticəsində bədəni daha dayanıqlı hala gətirir.

Nəticədə insan qamətli və sağlam duruşa sahib olur. Yoqa qidalanma vərdişini də balanslayır. Eyni zamanda, qan dövranını sürətləndirir və beləcə dərini gözəlləşdirir.

Onu da qeyd edək ki, boyun təbii şəkildə artması üçün uşaqlıqda fiziki baxımdan gümrah və fəal olmaq, düzgün qidalanmaq lazımdır. Müntəzəm məşğələlər və idman fəaliyyətləri insanın boyunu uzadır. Üzgüçülük, basketbol və s. idman fəaliyyətləri isə əzələləri açaraq sümüklərin böyüməsinə kömək edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm