Hansı idman növü cavan qalmağa kömək edir?
Bizi izləyin

Sağlamlıq

Hansı idman növü cavan qalmağa kömək edir?

İdman sağlamlıq üçün çox faydalıdır, çünki idman edərkən insanın bütün bədən üzvləri hərəkətdə olur. Müasir dövrümüzdə insanlar az hərəkətdə olurlar. Nəticədə orqanizm lazım olan yükü almır və hərəkətsizlikdən bədənə piy qatı yığılmağa başlayır. Bunun çarəsi idmanla müntəzəm məşğul olmaqdır.

Elə bir xanım yoxdur ki, daim cavan qalmaq istəməsin. Daim gənc qalmaq, gözəl görünmək istəyən xanımlar bilməlidir ki, bu, mümkündür. Sadəcə olaraq, cavan qalmaq üçün bir qədər zəhmət çəkməlisən. Əziyyət çəkmədən, işləmədən pul qazana bilmədiyimiz kimi zəhmətsiz gözəlliyə nail olmaq mümkün ola bilməz. Ya da, o gözəllik qalıcı olmayacaq. Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, idman yaşlanmanı da ləngidir, üstəlik, qırışların qarşısını alır.

Kanada universitetinin alimləri heyvanlar üzərində idmanla bağlı araşdırma aparıblar. Belə ki, bir qrup heyvan təkərdə bir həftədə 3 gün 45 dəqiqə qaçıb. 8 aydan sonra nəticələr yoxlanılıb. Nəticədə bəlli olub ki, idman etməyən heyvanlar qocalıblar. Onların tükləri bozarıb, əzələləri yumşalıb, beynin həcmi kiçilib. Qaçanlar isə olduqları kimi qalıblar.

35-40 yaşdan sonra əzələ kütləsində azalma başlayır, bədən elastikliyini itirir. Lakin bəzi hərəkətləri vaxtında etməklə siz dərinizin gözəlliyini uzun müddət qoruya bilərsiniz.

Hansı idman növünün nəyə faydalı olduğu aşağıda verilib:

Qaçış, velosiped sürmək, üzgüçülük dərini gəncləşdirir.

Çəkinmə, oturub-qalxma əzələləri gəncləşdirir.

Sürətli gəzinti ürək və damar üçün faydalıdır.

Qaçış üzü, əzələləri gəncləşdirir.

Yoqa və pilates isə onurğanı qoruyur.

Gözəl bədən quruluşuna və möhkəm bədən sahib olmaq istəyirsinizsə, hər gün mütəmadi şəkildə idmanla məşğul olun və tənbəllik etməyin. Amma hər şey həddində yaxşıdır. Əgər idmanla düzgün məşğul olmasanız, sağlamlığa ziyan dəyə bilər. Ona görə də idmana bir əyləncə kimi baxmaq lazımdır. Peşəkar idmançılardan fərqli olaraq, biz idmandan rəqabət vasitəsi kimi istifadə etməməliyik.

İdman uşaqlar üçün də çox vacibdir. O, uşağın inkişafına kömək edir. Əgər uşaq fiziki cəhətdən zəifdirsə, tez yorulur və xəstələnirsə, idman onun bədənini möhkəmlədəcək, immunitetini artıracaq. Dərs oxumaq asanlaşacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm