Aspirinin daha bir faydası üzə çıxdı
Bizi izləyin

Sağlamlıq

Aspirinin daha bir faydası üzə çıxdı

Dünyada ən çox istifadə edilən dərmanlardan olan aspirinin daha bir faydası üzə çıxıb.

Belə ki, bu dərmanın uşaqlıq yolu xərçənginə yaxalanmaq riskini azaltdığı məlum olub.

“Daily Mail”də yayımlanan araşdırmaya görə, 328 nəfərin iştirak etdiyi araşdırma sübut edib ki, gündə bir ədəd aspirin qəbul etmək uşaqlıq yolu xərçənginə yaxalanmağın qarşısını alır. Mütəxəssislərin fikrincə, risk 47 faiz azalır.

Ancaq həkimlə məsləhətləşmədən aspirindən istifadə etməyin doğru olmadığı da vurğulanır.

Xatrladaq ki, bir neçə il öncə aspirinin təhlükəli əks göstərişləri olduğu da üzə çıxıb. Hətta dərmanın satışının qadağan edilməsi müzakirə olunub. Lakin sonradan həkim məsləhətiylə və yalnız reseptlə satışına icazə verilib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm