• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bədxassəli şişlərin inkişafına mane olan ətirli ot

Bədxassəli şişlərin inkişafına mane olan ətirli ot

Kəklikotu ətə, qızartma yeməklərə, balığa, toyuğa, pomidorlu, zeytunlu və pendirli salatlara, souslara xüsusi dad verir. Odur ki, onun yeri mətbəximizdə əvəzsizdir. Kəklikotu ta qədimlərdən sadəcə xüsusi ətri və dadı ilə deyil, şəfalı bitki kimi də tanınıb.

Məsələn, keçmişdə uşaqların qarnı ağrıyanda kəklikotunu qaynadıb içirdər, ağrıyan yerə isə onun yağını sürtərdilər. Kəklikotunun günümüzə qədər gələn şöhrəti isə nəinki azalmır, əksinə, hər gün bir faydası üzə çıxır. Məsələn, öskürək başlayanda dərhal kəklikotu dəmləyib içmək təklif olunur. Çünki daşıdığı uçucu yağlar və turşular sayəsində güclü mikrob öldürücü və antioksidant təsiri göstərir.

Sərbəst oksigen radikallarının səbəb olduğu zərərləri azaldır, xəstəliklərə qarşı müqaviməti artırır. Ən əsası qocalmanı gecikdirir.

10 il əvvəl aparılan elmi tədqiqatların nəticələrinə görə, kəklikotunun tərkibindəki karvakrol maddəsi bədxassəli şişlərin inkişafını ləngidir. Eyni zamanda xərçəng hüceyrələrini məhv edərək, xərçəngin inkişafını dayandırır.

Aparılan başqa bir araşdırmanın nəticələrinə görə, kəklikotu orqanizmdə yağlanmaya mane olur.

Kəklikotunun əhəmiyyətini ümumiləşdirsək, faydalarını qısa şəkildə belə ifadə etmək olar:

Xərçənglə mübarizə aparır.

Mikrobları öldürür, üst tənəffüs yolunu açır.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR